"Bu dəqiqə zəng gözləyirəm"
Yusif Sultanoğlu
09:53 30.09.2020
Mədəniyyət
731
Babək Niftəliyev könüllü orduya yazılıb
Sentyabr ayının 27-dən etibarən cəbhədə gedən döyüşlər, eşitdiyimiz xoş xəbərlər Azərbaycan xalqının tarixi günlərdən keçdiyinə, tarix yazdığına bariz nümunədir. Ordumuzun uğurlu həmlələri ilə işğaldan azad olunan ərazilər millətimizin zəfər eşqini bir daha alovlandırıb.
Hər kəs bayrağımızın Qarabağda dalğalanacağı günə ümid bəsləyərək, bu haqlı savaşın bizim xeyrimizə nəticələnməsini gözləyir.
“Sherg.az”da söz cəbhəsində savaşını davam etdirərək, tanınmış sənətçilərin, ziyalıların tövsiyələrini xalqa çatdırır. Sevilən xanəndə, Əməkdar artist Babək Niftəliyev də ürək sözlərini bizimlə bölüşərək bunları söyləyib:
“Tovuz döyüşlərində də cəbhədə olmuşam. Neçə həftə orda qalmışam. Əsgərlərimizə kömək etmişəm. Düzdür, əsgərlərimizin heç nəyə ehtiyacı yoxdur.
Amma bunlar ürəyimizdən gəldi. Sonra “Koroğlu” zirvəsinə qalxmışıq. Şükür Allaha, ordumuz güclüdür. Döyüşənlərin içərisində könüllülər də var. İnstaqram səhifəmdə da paylaşmışam.
Tovuz döyüşləri ərəfəsində komissarlığa gedərək könüllü orduya yazıldım. Bu dəqiqə zəng gözləyirəm. Zəng gəlsə, hər an hazıram. Dünən də efirdən çıxdım birbaşa Füzuliyə yollandım. Döyüşləri izlədik, hər şey qaydasındadır”.
Babək bəy həmçinin xalqa öz məsləhətini də çatdırıb:
“Bəzi provokasiyalara inanmasınlar. Dövlət televiziyamız var. Müdafiə nazirliyinin yaydığı xəbərlərdən yararlansınlar. Hər zaman hazır olsunlar. Bu döyüşün geriyə yolu yoxdur. Qələbə bizimlə olacaq.
Cənab Prezidentin də dediyi kimi, Qarabağ Azərbaycandır və nida. Birmənalıdır. İnanırıq ki, yaxın günlərdə Qarabağımız işğaldan azad olacaq. Əsgərlərimizin ayıq-sayıqlığı nəticəsində onlara zərbələr endirmişik.
Kəndlərimizi işğaldan azad eləmişik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm