Bütün dünya qanunları, hüquqları bizdən yanadır
Yusif Sultanoğlu
09:27 22.10.2020
Mədəniyyət
1342
"Biz işğalda olan torpaqlarımızı geri qaytarmaq istəyirik və qaytarmalıyıq"
Vətən müharibəsi dövründə ziyalılarn, mədəniyyət xadimlərinin ürək sözlərini, ordumuzun zəfərlərinin onlara necə təsir bağışladığını öyrənirik. Zəfərə addımladığımız yolda, söhbət tarixçəmizə nəzər salanda aktyorlarla, aktrisalarla, şairlərlə, sevilən xanəndələrlə, tanınmış bəstəkarlarla həmsöhbət olduğumuzu gördük. Müharibə gündəliklərimizə bir də mahnılara, əsərlərə həyat verən musiqiçilərimizi əlavə etmək istədik.
Bu səbəblə Əməkdar artist, istedadlı tarzən Elçin Həşimovla əlaqə saxladıq. Əslən Füzulidən olan sənətkar müzəffər ordumuzun əks-hücum əməliyyatı keçirərək, düşmənə adekvat cavab verməsindən dolayı çox sevincli olduğunu söyləyib:
“30 ilə yaxındır gözlədiyimiz savaşdır. Torpaqlarımızın işğaldan azad olunması yolunda atdığımız addımdır. Düşünürəm ki, bütün dünya qanunları, hüquqları da bizdən yanadır.
Haqlı tərəf bizik, işğalda olan torpaqlarımızı geri qaytarmaq istəyirik və qaytarmalıyıq. Ermənilərin orda bir qarış da torpağı yoxdur.
Qarabağ Azərbaycanın əzəli ərazisidir. Ona görə də torpaqlarımızı vandalizmdən təmizləyirik, təmizləyəcəyik də. Əlbəttə ordumuzun uğurları hər birimizi sevindirir. İşğal altında olan torpaqlarımız üçün çox darıxmışıq. Hər dəfə Ali Baş Komandandan xoş xəbərləri eşidəndə sevincimizin həddi-hüdudu olmur.
Çünki bu günləri illərdir gözləyirdik. Nə qədər şanslıyıq ki, Allah qismət etdi, torpaqlarımıza qovuşduğumuz günləri də gördük. Arzu edirəm ki, şanlı ordumuz üç rəngli bayrağımızı Qarabağımızın, Azərbaycanın döyünən ürəyi Şuşaya sancsın.
Onda zəfər bayramımızı, böyük qələbəmizi qeyd edəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm