“Cəmiyyət keyfiyyətli olsa, zövqlü mahnılar seviləcək”
Yusif Sultanoğlu
09:14 21.08.2020
Mədəniyyət
1436
Murad Arif: "Əgər mədəni nümunələrdən gileylənirsinizsə, ilk növbədə cəmiyyətdən şikayət edəcəksiniz"
“Musiqi həmişə kütlənin səviyyəsindən asılıdır. Toplumun təhsili, mədəni-estetik tərbiyəsi, düşüncələri, həyat tərzi, yaşayış forması nədirsə, kütləvi musiqi də odur. Azərbaycan cəmiyyəti öz içində böyük böhranlar yaşayıb. Əhalimiz yerdəyişmə edib, ənənələr, dəyərlər qarışıb. Üstünlük verilən musiqi forması dəyişib. Bütün bunlar kütləvi mədəniyyətdən yana deyil“.
Bu sözləri “Sherg.az”a açıqlamasında tanınmış bəstəkar, müğənni Murad Arif musiqimizin hazırki vəziyyəti ilə bağlı deyib. O, fikirlərinə davam edərək bunları söyləyib:
“80, 90-cı, 2000-ci, 2010 və nəhayət 2020-ci illərə qədəm qoyduq. Hər on illikdə toplumun, mədəni-estetik ab-havası, tərbiyəsi, nəğmələrə də, ifaçılara da təsirini göstərir. Bu gün Azərbaycanda elə bir cəmiyyət formalaşıb ki, Mübariz Tağıyev, Rəşid Behbudov, Firəngiz Rəhimbəyova kimi ifaçıları özlərinə ideal hesab edəcək intelektdə deyil. Cəmiyyətin intelektual durumu musiqilərə, mədəniyyətə təsir göstərib. Mahnı, pop musiqi, nəğmə kütləvi mədəniyyətdir. Bunun kökü, açar ifadə kütlədir.
Əgər mədəni nümunələrdən gileylənirsinizsə, ilk növbədə cəmiyyətdən şikayət edəcəksiniz. Çünki toplumun intelektual mənəvi ab-havası nədirsə, “Youtube”də dinlədiyi musiqilər də, məclisinə çağırdığı musiqiçilər də odur. Hamısı bir-biri ilə bağlıdır, bunları qoparmaq olmaz.
Əgər Azərbaycanda keyfiyyətli musiqi muhiti yaratmaq istəyirsinizsə, o zaman intelektual cəmiyyəti formalaşdırmalısınız. Çünki musiqi ağac, bina, maşın üçün deyil, insan üçündür. İnsanların keyfiyyəti yüksəldikcə, musiqinin də səviyyəsi qalxacaq”.
“Əksər mahnının sözlərini və bəstəsini meyxanaçıların yazmasına münasibətiniz necədir?“ sualına gəlincə, Murad bəy belə cavab verib: “Mahnının meyxanaçının, ya da repçinin əlindən keçməsi problem deyil.
Çünki pop musiqisi demək olar rep dünyası tərəfindən idarə olunur. Röyadır, Zamiqdir, Miri Yusifdir, Murad Arifdir, hamımız repçilərlə işləyirik, meyxanaçılarla yox. İkincisi də fərqi yoxdur, ya meyxanaçı, ya repçi, ya da santexnik yazsın.
Nəğmədir də, mahnı janrındadır. Burda çox dərinə getmirəm. Onun zövqlü və keyfiyyətli olmağından danışsaq, onda dərinə gedərəm. Cəmiyyət keyfiyyətli olanda, zövqlü mahnılar seviləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm