Daulet Kəribek: Şuşa tarixi ədalətin bərpasını simvoludur
Yusif Nəzərli
08:17 15.06.2025
Mədəniyyət
475
"Şuşa tarixi ədalətin bərpasını simvoludur".
Teleqraf xəbər verir ki, bunu Qazaxıstanın hakim “AMANAT” Partiyasının İcra katibi Daulet Kəribek Şuşada keçirilən “Yeni dünya nizamı: geosiyasi yönlər və qlobal çağırışlar” mövzusundakı beynəlxalq konfransda çıxışı zamanı deyib.
Kəribek Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın ürəyi və tarixi ədalətin bərpasının simvolu olan Şuşada yenidən olmaqdan böyük məmnunluq duyduğunu bildirib.
O, tədbirin yüksək səviyyədə təşkilinə və ənənəvi qardaşlıq qonaqpərvərliyinə görə Yeni Azərbaycan Partiyasına təşəkkür edib.
O qeyd edib ki, artıq Şuşa nüfuzlu beynəlxalq konfransların keçirildiyi məkana çevrilib və bu, şəhərin dialoq, həmrəylik və əməkdaşlıq platforması kimi artan rolunu nümayiş etdirir. Konfransın Milli Qurtuluş Günü ərəfəsində keçirilməsinin rəmzi məna daşıdığını vurğulayan “AMANAT” rəsmisi deyib: “Məhz 32 il əvvəl Heydər Əliyev Azərbaycanı parçalanmaqdan xilas etdi, sabitliyi bərpa etdi. Onun uzaqgörən rəhbərliyi müasir, dinamik Azərbaycanın əsasını qoydu".
Daulet Kəribek Azərbaycanın bu gün davamlı inkişaf yolu ilə irəlilədiyini, beynəlxalq nüfuzunun artdığını vurğulayıb.
O bildirib ki, Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkənin ərazi bütövlüyü təmin olunub və Milli Qurtuluş Günü artıq bir neçə ildir ki, rəmzi olaraq məhz Şuşada qeyd olunur.
İcra katibi çıxışında yeni qlobal təhdidlərə də diqqət çəkib. Onun sözlərinə görə, 2024-cü il İkinci Dünya müharibəsindən sonra ən çox münaqişə yaşanan il kimi qeydə alınıb. Hal-hazırda 50-dən çox ölkədə silahlı qarşıdurmalar müşahidə olunur. O, bu münaqişələrin əsas səbəbinin dəyərlər toqquşması olduğunu və bu səbəbdən də uzunmüddətli xarakter daşıdığını bildirib.
D.Kəribek iqlim dəyişikliyi mövzusuna da toxunaraq qeyd edib ki, 2024-cü il ən isti il kimi tarixə düşüb və bu da təkcə xəbərdarlıq deyil, real təhlükələr doğurur. O, ötən il yaşanan daşqınlar, yanğınlar və digər təbii fəlakətləri xatırladaraq, COP29-un Bakıda keçirilməsini mühüm hadisə kimi qiymətləndirib.
Siyasi partiyaların roluna da diqqət çəkən “AMANAT” təmsilçisi deyib ki, partiyalararası dialoq ölkələr arasında əməkdaşlığın və qarşılıqlı anlayışın möhkəmlənməsində mühüm vasitəyə çevrilib.
“AMANAT” Partiyası Rusiya, Çin, Türkiyə, Özbəkistan, Tacikistan, Vyetnam və Azərbaycanla əməkdaşlığı fəal şəkildə inkişaf etdirir. Bu çərçivədə ötən il Yeni Azərbaycan Partiyası ilə imzalanmış əməkdaşlıq memorandumu iki partiya arasında əlaqələrin möhkəmlənməsinin parlaq nümunəsidir.
Sonda D.Kəribek vurğulayıb ki, bu cür partiyalararası təmaslar regionun sabitliyi, inkişafı və təhlükəsizliyi baxımından ortaq yanaşmaların formalaşmasına mühüm töhfə verir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
19:00 25.09.2026
Rəsmi
145 nömrəli məktəbdə Anım Günü ilə bağlı tədbir keçirilib
18:54 25.09.2026
Elm və Təhsil
Bakı metrosunda kişi qatar yoluna tullandı
18:42 25.09.2026
Hadisə
Əfv qərarlarında əsas meyar say deyil
18:40 25.09.2026
Aktual
Rusiya “McDonald’s”ı da vurdu
18:00 25.09.2026
Dünya
Türkiyənin İsrail xalqına düşmənçiliyi yoxdur - Ərdoğan
17:57 25.09.2026
Gündəm
Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:37 25.09.2026
Sosial
Qırğızıstanda prezident seçkiləri ilə əlaqədar qadağalar qoyuldu
17:11 25.09.2026
Dünya
ABŞ bu ölkədə üçtərəfli görüş təklif etdi - Zelenski
16:35 25.09.2026
Dünya
Baş nazir və ailə üzvləri ölümlə hədələndi
16:21 25.09.2026
Dünya
İran nə hərb, nə də sülh vəziyyətində qalacaq - ŞƏRH
15:53 25.09.2026
Gündəm
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm