Əməkdar artist əmindir ! - “İgidlərimiz şəhidlərimizin qanını yerdə qoymayacaq”
Yusif Sultanoğlu
13:28 20.10.2020
Mədəniyyət
837
Müzəffər ordumuzun uğurlu həmlələrindən sarsılan Ermənistan məğlubiyyətinin acısını dinc əhalidən çıxarmağa çalışır. Cəbhə boyu rayonlarda yaşayan mülki şəxsləri hədəf alan düşmən Gəncə, Mingəçevir kimi şəhərləri də raket atəşinə tutub. Xüsusilə də Gəncəyə düşmən təxribatı nəticəsində ciddi ziyan dəyib. Həm oktyabrın 11-i, həm də 17-i gecə saatlarında şəhərə raket zərbələri endirilib. Nəticədə obyektlər və yaşayış binaları dağıntılar altında qalıb. Bununla yanaşı 20-dən çox mülki şəxs həlak olub, 80-dən çox sivil isə yaralanıb.
Gəncədə dünyaya göz açan əməkdar artist Aybəniz Haşımova “Sherg.az”la dərdləşərkən hər iki hücumdan dolayı üzgün olduğunu söyləyib:
“Hər bir azərbaycanlı kimi həm qələbə sevinci yaşayıram, həm də çox üzgünəm. Əminəm ki, onların törətdiyi terror hadisəsi cavabsız qalmayacaq, qalmır da. Biz döyüş meydanında vuruşuruq, orda cavab veririk.
Bilirəm ki, igid oğullarımız şəhidlərimizin qanını yerdə qoymayacaq.
Törətdikləri vəhşiliyin 100 qat artığı özlərinə qismət olsun. Bizim çəkdiklərimizi öz balaları yaşasın.
Onda bilərlər bu necə ağrıdır. Bütün şəhid ailələrinə səbr diləyirəm.
Əsgərlərimizə qüvvət arzu edirəm. Allah ordumuzu, dövlətimizi qorusun.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm