Əməkdar artist xəstəxanadan evə buraxıldı

“Xəstəxanadan evə buraxıldım. Müalicəm ev şəraitində davam edir. Səhhətim normaldır. Ürəklə bağlı müalicəm tam bitib, ağciyərlə bağlı analizlərin cavabını gözləyirəm”.

Bunu Teleqraf-a açıqlamasında 73 yaşlı Əməkdar artist Vahid Əliyev deyib.

Qeyd edək ki, Vahid Əliyev bir aydan çox idi özəl xəstəxanaların birinə yerləşdirilmişdi.