Əməkdar artist:“Tanıdığım xeyli insan virusdan dünyasını dəyişdi”
Yusif Sultanoğlu
10:36 01.12.2020
Mədəniyyət
1121
Dünyanı cənginə alan koronavirus infeksiyası ölkəmizdə də öz təhlükəsini davam etdirir. Gözə görünməz düşmən nə mətbuatdan, nə siyasətdən, nə də ki, incəsənətdən təsirsiz ötüşüb. Bütün sahələrdə olduğu kimi bu üç sektorda da COVİD-19-a yoluxanlar var. Həm tanınmış jurnalistlər, həm deputatlar, həm də müğənnilər, sənətçilər bədnam pandemiyadan əziyyət çəkir.
Qeyd etdiyimiz kimi, vəziyyət incəsənətdə də gərgindir. Hər gün bir məşhurun yoluxma xəbərini eşidirik. Onlara misal əməkdar artist Lalə Məmmədovanı, xalq aristi Arif Babayevi, müğənni Elçin Hüseynovu, Manaf Ağayevi və başqaları göstərmək olar.
“Sherg.az”a koronavirusdan necə qorunduğu haqqında danışan əməkdar artist Almaz Orucova deyib ki, bu pandemiya dünyanın bəlasıdır:
“Bizdən asılı olmayan o qədər məsələlər var. Bu da onlardan biridir. Bilirsiz, hələ yeni-yeni virus yayılanda insanlar şübhə ilə yanaşdılar. Mən də əvvəlcə inanmırdım.
Sonra ətrafımda tanıdığım xeyli insan virusdan dünyasını dəyişdi. İndi deyəsən pandemiyanın 3-cü dalğası yayılır. Artıq virusa qarşı yanaşma da fərqlidir. Dünyanı tamamilə çaxnaşmaya salıb.
Düşünürəm ki, hər insanın özünəməxsus bədən immuniteti var. Mütləq vitaminlərlə, meyvə və çayla bədənin immuniteti gücləndirilməlidir. Bunlara əməl edib, maskadan istifadə olunmalıdır. Onu da deyim ki, tibbi maskalardan istifadə həyatımızın silinməz qanununa çevrilib. İnşallah tezliklə virusdan canımız qurtarar.
Ona görə hər birimiz qorunmalıyıq. Məsələn həkimlər deyir ki, virus hər bədənə daxil ola bilər. Lakin immunitetin zəifdirsə, psixoloji cəhətdən hazırlıqsızsansa, virus sənə ciddi təsir göstərəcək. Dediyim kimi yaxınlarımdan dünyasını dəyişənlər var.
Təəssüflənirəm. Lakin ailə üzvlərimiz yaxşıdır. Bir az böyük bacım xəstələndi. Amma tez öhdəsindən gəldik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial