İnternet dünyanı kiçildib ! - Ermənilərin yalanlarına daha inanan yoxdur
Yusif Sultanoğlu
10:57 04.11.2020
Mədəniyyət
1166
Düşmən yalnız döyüş meydanında biabır olmayıb, o, həm də virtual aləmdə özünü rəzil edir. Yalanların, uydurmaların sonu, sərhədi yoxdur.
Düşmən indi də şou nümayəndələrimizi hədəf alıb fotolarını paylaşırlar. Guya, həmin tanınmışların Azərbaycan Ordusunda xidmət etdiyini, hətta onları öldürdüklərini iddia edirlər. Öz aləmlərində bizim şou əhlinə hərbi vəzifə verir, yalansevər millətlərini “qalibiyyətə” ruhlandırırlar.
Paylaşılan məşhurlarımızın şəkilləri isə hər birimizi güldürür. Çünki onların içərisində elə simalar var ki, insan görəndə təbəssümünü gizlədə bilmir. Məsələn, müğənni Səyyad Əlizadə, Maral Tahirqızı, Şəbnəm Tovuzlu, aşıq Namiq Fərhadoğlu və daha kimlər, kimlər Ermənistan silahlı qüvvələrinin “öldürdüyü” “Rütbəli hərbçilər” sırasındadır.
Bu tragikomik olayı “Sherg.az”a şərh edən Vətəndaş Cəmiyyət Alyansı TŞ rəhbəri, Yeni Yazarlar və Sənətçilər İB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov düşmənin digər mənfur əməllərindən də söz açıb:
“Erməni diasporası dünyada Azərbaycana qarşı iftiralarla dolu dezinformasiyaları müxtəlif kütləvi informasiya vasitələrində, internet saytlarında, sosial şəbəkələrdə yayır. Bununla da Azərbaycan hərbçilərini, o cümlədən cəbhə boyu rayonlarda yaşayan sakinləri bir növ psixoloji təzyiq altında saxlamağa çalışır.
Şou-biznes nümayəndələrinin fotoları ilə yanaşı müxtəlif kliplərdən, filmlərdən səhnələri montaj edib, yalançı təbliğat maşının məhsulu olaraq dünyaya ötürürlər. Eyni zamanda bir çox tarixi həqiqətləri də saxtalaşdırmaqla məşğuldurlar.
Özlərindən xəritələr çap edirlər. Müxtəlif kitablardan kontekstdən çıxarılmış sitatları göstərirlər. Bir növ öz yalanlarına elmi-kurtuloji don geyindirmək istəyirlər. Amma bu onlarda alınmır. Çünki dünya internet vasitəsilə kiçilib. Hər hansı hadisəni, yaxud da müharibə informasiyasını, məlumatlarını öyrənmək asandır. Məsələn, internet istifadəçisi bir məlumatı dəqiqləşdirmək məqsədilə axtarış edir və müxtəlif mənbələrdən həqiqəti tapmaq üçün yararlanır”.
Kulturoloq söyləyib ki, bu yaxınlarda ermənilər növbəti dəfə öz həyasızlıqlarını nümayiş etdiriblər:
“Onlar Prezidentin köməkçisi Hikmət Hacıyevin adından teleqram və feysbukda səhifələr açıb. Orada yalan, uydurma məlumatlar yazıblar. Öz yalanlarını, guya, Hikmət müəllim deyibmiş kimi qələmə veriblər. Ona görə də Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının aidiyyəti qurumları, Daxili İşlər Nazirliyi, Prezident Administrasiyasının rəsmiləri dəfələrlə bildirirlər ki, vətəndaşlar dezinformasiyalara inanmasınlar. Bütün məlumatları məhz rəsmi qurumların verdiyi xəbərlərdən oxusunlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm