"İşi naşılara tapşırdılar" - Hüseyn Mehdiyev teleserialların səviyyəsizlik səbəbini açıqladı
Məlahət Rzayeva
07:57 06.11.2019
Mədəniyyət
1011
Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli Azərbaycan radiosunun 93 illki yubileyinə həsr olunmuş tədbirdə yenə özəl telekanallardan və orada yayımlanan teleseriallardan narazılıq edib. Deyib ki, “özəl televiziyalarda yayımlanan seriallarda Azərbaycan ailəsi çox ciddi təhrif edilmiş formada təqdim olunur. Çox təəssüflər olsun ki, reytinq xatirinə fəaliyyət çox ciddi səhvlərə gətirib çıxarır. Özəl televiziya kanallarında verilişlərin bayalığı, süniliyi Milli Televiziya və Radio Şurasının sədri kimi məni çox narahat edir”. Görəsən, N.Məhərrəmlinin özəl televiziyalardan, teleseriallardan narazılığı neçənci dəfədir?
Yəqin, heç özü də sayıb qurtara bilməz. N.Məhərrəmlinin dedikləri nöqtəsinə-vergülünə qədər doğrudur. Amma. Nə qədər şikayət etmək olar? Bir dəfə də MTRŞ televiziyalarımızı çulğamış problemin səbəblərini və daha vacibi – problemdən çıxış yolunu göstərsin. Nə edilməlidir ki, Azərbaycan ailəsi teleseriallardakı formada ciddi şəkildə təhrif edilməsin? Problemdən çıxış yolu yoxdurmu? Təəssüf ki, bu sualı N.Məhərrəmliyə ünvanlayan olmayıb.
Əvəzində biz sualı peşəkar bir insana – Əməkdar incəsənət xadimi, kinorejissor Hüseyn Mehdiyevə ünvanladıq:
“Bilirsiz ki, cənab Prezidentin sərəncamı ilə yerli teleserialların çəkilişinə dövlət büdcəsindən maliyyə ayrıldı və bu işin təşkili də Milli Teleradio Şurasına tapşırıldı. Gərək, Nuşirəvan müəllim hazırkı vəziyyətin səbəbini özündə axtarsın. Vaxtında işin özülü düzgün qoyulmadı. Yaxşı şərait yaranmışdı ki, yerli film istehsalı inkişaf etsin. Amma ondan düzgün istifadə edilmədi. Peşəkar studiyalar vardı, “Azərbaycanfilm”, “Yeni film”, “Buta film”... kimi. O zaman maliyyə az idi, amma film sənayesi dayanmamışdı, filmlər çəkilirdi. Ancaq nə oldu? Bu studiyaların fəaliyyətini genişləndirmək, daha da inkişaf etdirmək əvəzinə, onları kənarda saxladılar, yeni studiyalar açdılar, işi tapşırdılar naşılara. Naşılar da işi sıfırdan başladılar, ona görə də nəticə bu gün sıfırdır. Teleserial çəkmək sadə məsələ deyil. İş peşəkarlara tapşırılsaydı, sənət də inkişaf edəcəkdi, kinematoqrafiya da, ikinci rejissoralar, rejissor assentləri, operatorlar və sairə. Bu illər ərzində nəyə nail olunubsa, görünən odur. Ona görə deyirəm ki, N.Məhərrəmli özünə tənqidi yanaşsın".
H.Mehdiyev bildirdi ki, bu gün teleseriallara münasibət fərqlidir:
"Burada həm səviyyə, peşəkarlıq məsələsi var, həm də maliyyə. Maliyyə mənbəyi yox dərəcəsindədir. Əksər rejissorlar teleserialları öz təşəbbüsləri ilə çəkir. Bir növ özfəaliyyətlə məşğuldurlar. Kim nə istəyir çəkir. Yerli teleserialların ümumi maraqları təmin edəcək formada olmasını istəyiriksə, o zaman sistemli şəkildə iş aparılmalı və stabil maliyyə mənbəyi olmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda Milli Sevgililər Günüdür
00:38 30.06.2026
Cəmiyyət
Paşinyanın İsrailin "erməni soyqırımı"nı tanımasına cavabı
00:18 30.06.2026
Cənubi Qafqaz
Livan prezidenti: "Ordumuz İsraillə sərhəddə yerləşdiriləcək"
23:59 29.06.2026
Dünya
DÇ-26: Braziliya 1/8 finala çıxıb
23:21 29.06.2026
Futbol
Məmməd İsmayılın doğma kəndində bürüncdən büstü ucaldılıb
22:45 29.06.2026
Ədəbiyyat
Kadir İnanırın vəsiyyəti açıqlandı
22:19 29.06.2026
Şou
Yapon yeni dollara qarşı son 40 ildə ən aşağı səviyyəyə enib
22:04 29.06.2026
İqtisadiyyat
“Mançester Siti”nin yeni baş məşqçisi bəlli oldu
21:34 29.06.2026
Futbol
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə