Kəlbəcərdən olan sənətkar: “İndi yurdumuza gülə-gülə qayıdırıq”
Yusif Sultanoğlu
11:50 25.11.2020
Mədəniyyət
1111
Günlərin də ab-havası, kefi, əhvalı var. Məsələn bu gün. Necə xoşbəxtdir, fərəhlidir. Sanki bir rahatlıq içərisindədir. 25 noyabrdan danışıram. Kəlbəcərin işğaldan azad edildiyi gündən. Minlərlə kəlbəcərlinin illərdir gözlədiyi tarixdən. Ona görə sevinclidir. Nəhayət mənfur düşmənlərimizə verdiyimiz 10 günlük əlavə vaxt sona çatdı. Hərbçilərimiz Kəlbəcər torpağına ayaq basdılar. Qədəmləri ilə torpağın üzündə güllər açdı.
Gözü yaşlı Kəlbəcərin insanları şaddır, ürəklidir. İstər 44 günlük müharibə müddətində, istərsə də daha sonra öz yurdlarının adlarını gözlədilər. Dedilər, görəsən nə vaxt o şad xəbər gələcək. Cənab prezdentin tivitlərində, çıxışlarında gözləri Kəlbəcərdən bir kənd axtarırdı.
Heç olmasa, bir soraq gəlsin deyə səbirsizlənirdilər. İndi nəinki bir və ya bir neçə kənd, bütöv Kəlbəcərin müjdəsini aldılar. Biz də həmişəki missiyamızı öz üzərimizə götürüb, telefona qaçdıq. Hər birini təbrik elədik. Ətrafımızda nə qədər kəlbəcərli varsa, hamısının sevincinə şərik olduq.
Kəlbəcərin azadlığına sevinənlərdən biri də tanınmış xanəndə, əməkdar artist Babək Nİftəliyevdir. 8 yaşından doğma yurdu - Kəlbəcərdən köçkün düşüb. Sözü özünə verdik. Dedik, Kəlbəcərdən danışın. O da əvvəlcə oxucularımızı salamladı:
“Xalqımız,ordumuz, Ali Baş Komandanımız var olsun. 30 illik həsrətə son qoyuldu. İndi bütov Azərbaycan sevinir. Allah şəhidlərimizə rəhmət eləsin, əsgərlərimizə şəfa versin. Qazilərimizə can sağlığı arzulayıram.
B.Niftəliyev doğma yurdundan da söz açıb:
“Kəlbəcərdən çıxanda 8 yaşım var idi, indi 35 yaşım var. Murovdağdan keçən köç karvanları gözümün qabağından getmir. Ağlaya-ağlaya yurdumuzu tərk edirdik. İndi gülə-gülə qayıdırıq. Şair Sücaətin bir şeiri yadımda düşür:
Sücaət, neyləyək baxt belə baxtdı,
Darıxma hər şeyi həll edən vaxtdı.
Bir gün gülə-gülə qayıdacaqdı
Ağlaya-ağlaya köçən Kəlbəcər.
Nə deyim? Sevincimizin həddi-hüdudu yoxdur. Rəşadətli ordumuza, cənab Prezidentə təşəkkürümüzü bildiririk. Şəhidlərimizin qanı yerdə qalmadı, onlar bir tarix yazdı.
Onu da deyim ki, dünən Murovdaydım. Ordan bizim tanklarımız, hərbi kolonlarımız böyük ruh yüksəkliyi ilə Murov dağı aşıb, Kəlbəcərə endilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial