Söhbət Mənsum İbrahimovdan düşmüşkən qeyd edək ki, xalq artisti 25 noyabrda doğma yurduna yola düşüb. O Ağdamdan görüntüləri rəsmi Feysbuk səhifəsində paylaşıb.
Mənsum İbrahimov: "Əhd eləmişdim ki, Ağdam azad olunsun...”
Yusif Sultanoğlu
12:35 26.11.2020
Mədəniyyət
1569
Noyabrın 20-də Ağdam rayonu işğaldan azad edildi. İncəsənətə böyük şəxsiyyətlər bəxş edən, Birinci Qarabağ müharibəsində 6000 şəhid verən Ağdam hürriyyətinə qovuşdu. Təbii ilk işimiz ağdamlıları axtarıb, təbrik etmək oldu. Sadəcə incəsənəti nəzərdən keçirəndə ən yaxşı xanəndələrin Ağdamdan olduğunu gördük. Məsələn Mənsum İbrahimov, Təyyar Bayramov, Nəzakət Teymurova, Aygün Bayramova sənətkar Arif Babayev və sair. Onların hər biri Ağdam, Qarabağ torpağındandır.
Söhbət Mənsum İbrahimovdan düşmüşkən qeyd edək ki, xalq artisti 25 noyabrda doğma yurduna yola düşüb. O Ağdamdan görüntüləri rəsmi Feysbuk səhifəsində paylaşıb.
Hətta sənətkar Ağdam məscidində, ömründə ilk dəfə azan oxuyub. Bununla yanaşı o həmkarı Təyyar Bayramovla birgə erməni vandalizminə məruz qalmış Ağdam teatrının qarşısında Qarabağ mahnısı səsləndirib.
Hər halda sənətkar əvəzolunmaz hisslər keçirib. Biz o anları yaşamadan izah edə bilmərik. Ona görə xanəndənin özü ilə əlaqə saxladıq. O da təəssüratlarını belə ifadə etdi:
"Əhd eləmişdim ki, Ağdam azad olunsun, məscidindən azan oxuyacam. Əvvəlcədən mətbuata müsahibə verəndə də qeyd edirdim.
Nəhayət arzuma çatdım. Getdik, azan oxudum, sonra Ağdam teatrının qarşısında Qarabağ mahnısı səsləndirdik.
Əlbəttə həyəcanlı idim. 30 ildir bu günü gözləyirdik. Onu da deyim ki, Ağdamı xarabalığa çeviriblər, ordan əsər-əlamət qalmayıb. Ona görə pis oldum. Amma inanıram ki, biz o yerləri yenidən gülüstana döndərəcəyik, abadlaşdıracağıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial