Millət oyanıb ! - “Xalq ayaqdadır, Ordumuz da zəfər çalır” - Tarixin dönüş mərhələsi !
Yusif Sultanoğlu
13:59 08.10.2020
Mədəniyyət
997
Hazırda cəbhə xəttində Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın işğaldan azad olunması istiqamətində əks-hücum əməliyyatı davam edir. İstər hərbi texnika, istərsə də döyüş intizami ilə geridə qalan düşmən tərəfi sərhəd rayonlarda yaşayan mülki əhalini hədəf alır. Görünür həm siyasi arenada, həm də savaş meydanında məğlubiyyətə düçar olan pirat dövlət bunun acısını əli yalın insanlardan çıxmağa çalışır. Qeyd edək ki, işğalçı ermənilər bu günlərdə Gəncə, Mingəçevir şəhərlərinə, Xızı-Abşeron ərazisinə raket zərbələri endirməyə çalışıblar. Bundan əlavə sərhəd rayonlarımızdan bir neçəsini – “PUA”lar vasitəsilə vurmağa cəhd ediblər. Lakin düşmənin “PUA”-ları məhv edilərək bu cəhdin qarşısı alınıb. Şübhəsiz ki, bütün bunlar qarşı tərəfin işğalçı, terrorist və naqis əməllərinin növbəti sübutdur.
Bizim haqq savaşımız isə təkcə cəbhədə deyil, virtual məkanda da gedir. İstər sosial şəbəkələrin azərbaycanlı istifadəçiləri, istərsə də media agentlikləri düşmənlə gecə-gündüz demədən mübarizə aparır.
“Sherg.az” da zəfərə addımladığımız günlərdə xalqın sevimlisi olan ziyalıların, mədəniyyət-incəsənət xadimlərinin fikirlərini öyrənərək oxuculara çatdırır.
Növbəti dəfə bizimlə həmsöhbət olan xalq şairi Nəriman Həsənzadə sevincini dilə gətirib. Ordumuzun məğlubedilməz olduğunu söyləyən şair hazırda Azərbaycanın qələbə çaldığını da əlavə edib:
“İndi millət oyanıb, xalq əvvəlki xalq deyil. Siz də əvvəlki deyilsiz, mən də. Hamımız Vətən eşqi ilə yaşayırıq. Azərbaycan xalqı ayağa qalxıb. Bu tarixin dönüş mərhələsidir. Ordumuz qələbə çalır. Öz torpaqlarımızı işğalçılardan azad edirik.
Onlar isə dinc əhalini atəşə tuturlar. Bunlar beynəlxalq konvensiyalara ziddir. Son nəfəslərini verirlər. Ona görə bu müharibədə biz qələbə çalacağıq.
Çünki öz torpaqlarımızda vuruşuruq. Qarşı tərəf isə özgə torpağındadır. Bizim torpaqlarımızdan çıxmalıdırlar. Televiziyada görürük ki, hərbi texnikalarını, postlarını qoyub, qaçırlar.”
Ermənistanın baş naziri Nikol Paşinyanın həqiqətdən uzaq, tutarsız çıxışlarından söz açan xalq şairi onun böhtançı olduğunu xüsusi vurğulayıb:
“Deyir ki, Dağlıq Qarabağın Azərbaycan tərəfindən alınması genosidə səbəb ola bilər. O başa düşmür ki, Azərbaycan xalqı soyqırım törətməz. Özləri isə Xocalı kimi soyqırımı törədən cəladdırlar. Biz cəlladlarla vuruşaraq torpaqlarımızı azad edirik. Məsələn tarixə nəzər salsaq görərik ki, Rusiya öz torpaqlarını Hitlerdən azad etdi. Deməli, Nikol Paşinyan rusları da terrorçu adlandırır?
Müharibə dövründə Sankt-Petrerburqu bombaladılar, amma əhalisi heç yerə çıxmadı. Xalq qalib gəldi. Azərbaycan xalqı da qəhrəmandır. Millətimiz 30 il səbr etdi, dözdü. İndi də cənab Prezidentin başçılığı ilə əzəli torpaqlarının azadlığı uğrunda savaşır.
Hamımız Ali Baş Komandan İlham Əiyevin yanındayıq. Ordumuz da güclüdür. Ona görə tezliklə bütün torpaqlarımızı işğaldan azad edəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm