Murad Arifdən sillə kimi CAVAB: “Rus dili öyrənən kimi...” – Fasonlu ədabazlar !
Yusif Sultanoğlu
12:57 14.09.2020
Mədəniyyət
1312
“...Azərbaycanca yazmağı, danışmağı özünə sığışdırmayanlar var”
“Hər rusca yazan ictimai xadimdən Azərbaycan dilində yazmağı tələb etməliyik”
Son günlər Azərbaycan məktəblərində “rus sektor”unun ləğv edilməsi mövzusu müzakirələrə səbəb olub. Əksər vətəndaş bu təklifi düzgün qiymətləndirərək, dəstəkləyib. Lakin əksinə fikir bildirən, qarşı çıxanlar da az deyil. Nəticədə cəmiyyət ikiyə bölünüb. Sosial şəbəkələrdə, eləcə də ictimaiyyətdə bu mövzu ətrafında geniş müzakirələr aparılır.
Sənət aləmi də məsələyə biganə qalmayıb. Tanınmış müğənni, bəstəkar Murad Arif öz münasibətini Feysbuk statusunda bildirib.
“Sherg.az” xəbər verir ki, sənətçi sözügedən paylaşımda bunları yazıb:
“Azərbaycanda hər dildə sektor olsun. Problem dil öyrənməkdə və ya bilməkdə deyil. Problem özümüzdədir. Başqa bir dil öyrənən kimi, Azərbaycanca yazmağı, danışmağı özünə sığışdırmayan insanlardadır.
Belə adamların örnək götürdüyü jurnalistlər, aparıcılar, yazıçılar, artistlər, siyasilər, ictimai xadimlər hələ də var. Problem bizik! Rus, ingilis, fransız sektorları, məktəbləri hər ölkədə ola bilər.
Amma Feysbuk statuslarını yalnız əcnəbi dildə yazan, çevrəsində təkcə xarici dildə danışan ictimai insanlar bütün normal cəmiyyətlərdə qınaq obyekti olardı.
Biz belə adamları “gerçək elita” olmağa, yəni Ana dilinə, dövlət dilinə hörmət etməyə çağırmalıyıq. Hər rusca yazan ictimai xadimdən Azərbaycan dilində yazmağı tələb etməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya