“Nizaminin əsərləri düşüncələrimizin özəyi olmalıdır”
Yusif Sultanoğlu
14:06 06.01.2021
Mədəniyyət
729
Bu il dahi Nizami Gəncəvinin dünyaya gəlişinin 880-ci ili tamam olacaq. Bu münasibətlə prezident İlham Əliyev ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Həmçinin şairin həyat və yaradıcılığı, bünövrəsini qoyduğu ədəbi məktəb haqqında məlumatlar verilib.
Bildirilib ki, N.Gəncəvinin yubileyləri hər zaman ölkəmizdə diqqət mərkəzində saxlanılıb.
Məlum təşəbbüsü yüksək qiymətləndirən xalq şairi, Əməkdar İncəsənət xadimi Baba Vəziroğlu bunları qeyd edib:
“Ölkə başçısı görüb ki, bizdən hərəkət yoxdur. Xüsusi qərarla deyib ki, dəyərimizin, irsimizin qədrini bilin, oxuyub, öyrənin. Qəribədir ki, yalnız əlamətdar məqamlarda müəyyən məsələlərə diqqət edirik.
Yadımdadır, Nizaminin yubileyi idi. “Nizami” filmi çəkildi, orda Müslüm Moqomeyev də rol almışdı. Sonra yenə yaddan çıxdı.
Müstəqillik Allahın bir töhfəsidir. Amma bizi çox işlərdən yayındırıb. Müstəqilliyə o qədər başımız qarışıb ki, müəyyən dəyərləri, mentalitetimizə xas olan ənənələri yadırğamağa başlamışıq.
Məsələn dünyada bir müddət qloballaşma dalğası yayıldı. Sonra bütün millətlər dərk elədi ki, bu tendensiya yaxşı deyil.
Hər kəs öz ölkəsində, torpağında, öz mentaliteti ilə gözəldir. Biz isə qloballaşmaya çox meylliyik, gözümüz onun-bunun dəyərlərindədir. Öz yanımızdakı, ölkəmizdəki sərvəti görmürük.
Nizami kimi dünyan dahisi şəxsiyyətin qədrini bilmirik. Sovet hökümətində, 1941-ci ildə müharibə ərəfəsində Nizaminin yubileyi keçirildi. Özü də Sankt- Peterburq şəhərində, yəni o zaman Nizami yaddan çıxmadı.
Amma dünyanın düz vaxtında unutduq. Nizamini yadımıza cənab prezident saldı.
Əslində onun kitabları hər zaman göz önündə saxlanılmalıdır. Əsərləri dərsliklərimizin bəzəyi, düşüncələrimizin özəyi olmalıdır. Nizaminin sözləri həyat prisinpimizə çevrilməlidir. Görünür, Nizami bizə sərf eləmir, bizim üçün dəyərli fikirləri, kəlamları köhnəlib.
Cənab prezidentə təşəkkür edirəm ki, xalqı milli kökümüzün, sərvətlərimizin, dahilərimizin qədrini bilməyə səsləyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi
Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
09:59 15.10.2026
Gündəm