Nofəlin qardaşı oğlundan SƏRT REAKSİYA: “Ruhunu narahat edirsiniz”
Yusif Sultanoğlu
11:38 23.09.2020
Mədəniyyət
2065
“Əqidəsizlik edib başqa-başqa söhbətlərə yol verməyin. Uşağın heç bir günahı yoxdur”
“Ağzınıza gələni yazmayın, kiməsə şər atmayın”
“İmkan verin dərdimizi çəkək, qəlbimizdə Nofəlimizə ağlayaq”
Bir müddət öncə faciəvi şəkildə dünyasını dəyişən tanınmış gitara ifaçısı Nofəl Süleymanovun ölümü ilə bağlı müxtəlif xəbərlər yayılır. Bu məşum hadisə sosial şəbəkələrdə müzakirə olunub. Kimisi valideyni tənqid etsə də, kimisi uşağı günahkar bilib. Hətta oğlunun N.Süleymanovu qəsdən öldürdüyü də iddia olunub. Bütün bu ittihamlara mərhumun qardaşı oğlu Bəhurz Süleymanov sərt reaksiya verib.
“Sherg.az” xəbər verir ki, B.Süleymanov N.Süleymanovun səhifəsində paylaşdığı videoda bunları söyləyib:
“Bəzi saytlar var, reytinq qazanmaq xətrinə, baxış sayına görə bu məsələdən qalmaqal yaratmaq istəyirlər. Belə namərdlər hər yola əl atırlar. Onlara deyirəm ki, Allahdan qorxun. Bilmirsiniz Şövqü necə insandır, hansı əqidənin sahibidir. O ailəni yaxından tanısanız elədiyinizə peşiman olarsınız.
Mən həm Nofəl Süleymanovun qardaşı oğluyam, həm də ansamblında işləyirəm. Hər saniyə, hər saat ailənin içində olan, onları dəqiqliyi ilə tanıyan insanam. Əqidəsizlik edib başqa-başqa söhbətlərə yol verməyin. Onu deyim ki, siz bu işlə tək bizə zərbə vurmursuz.
O kişinin də ruhunu narahat edirsiniz. Çünki o elə insan olmayıb ki, tərbiyə etdiyi övlad artıq-əskik hərəkətlər etsin, bunlar olsun. Allah da, biz də, haqqı tanıyan insanlar da bilir ki, bu bədbəxt hadisədir.
Heç kim, heç nədən siğortalanmayıb. Sabah sizin də başınıza gələ bilər.Həyatdır da... Hər birimizin başına gələ bilər. Anadan olanda qismətimiz yazılır.
Allahdan qorxun, azyaşlı körpənin ahını alırsız. Sabah siz ona cavab verə bilməyəcəksiz. Onsuz da bizə zərbə vurulub. Belə şeylərlə bir də zərbə vurmayın. Elə bilməyin ki, Şövqü təkdir.
Onun arxasında biz varıq. Bizdən də əvvəl Allah var. Uşağın heç bir günahı yoxdur. Ağzınıza gələni yazmayın. Kiməsə şər atmayın. Artıq dərəcədə xahiş edirəm. İmkan verin dərdimizi çəkək, qəlbimizdə Nofəlimizə ağlayaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya