O gün bu gündür ! – “Axırıncı başı papaqlımıza qədər vuruşacağıq!” - Çəkilmək yox !
Yusif Sultanoğlu
14:39 29.09.2020
Mədəniyyət
758
“Qadınlarımız da düşməndən qisas almağı bacarandır. Bu, ölüm-dirim mübarizəmizdir”
“İndi bütöv Azərbaycan və hər bir ailənin bütövlüyü uğrunda mübarizə gedir”
“Əgər beynəlxalq ictimaiyyət ağılsız diktatoru dayandıra bilmirsə, Azərbaycan dayandıracaq”. Bu sözlər Prezident İlham Əliyevə məxsusudur. Əlbəttə, Ali Baş Komandanımızın məlum fikrində həqiqət payı o qədər böyükdür ki... Çünki illərdir, işğalçı Ermənistanın təcavüzkar əməllərinə susan dövlətlər, aidiyyəti beynəlxalq təşkilatlar indi Azərbaycanı danışıq yolu ilə məsələni həll etməyə səsləyir. Bu məqamda sual yaranır: Xocalıda körpələr vəhşicəsinə qətl ediləndə, minlərlə insan yurd-yuvasından didərgin düşəndə hardaydınız, cənablar? Şübhəsiz dövlətimiz, prezidentimiz onlara bu sualı xalqın yerinə layiqli şəkildə verir. Ölkə başçısı çıxışlarında Azərbaycan ordusunun öz əzəli torpaqları uğrunda savaşdığını qeyd edir.
Üç gündür, cəbhədən bir-birinin ardınca şad xəbərlər gəlir. Döyüşün ilk günü azad olunan torpaqlar, məhv edilən düşmən illərin yanğınına yağış kimi su çiləyir. Azərbaycan ordusunun qətiyyətli və uğurlu addımları, xalqın birliyi dosta sevinc, düşmənə kədər bəxş edir
Yaşadığımz tarixi günlərdə “Sherg.az”la həmsöhbət olan xalq artisti Afaq Bəşirqızı qürur hissi ilə söyləyib ki, sevincinin həddi-hüdudu yoxdur:
“Bir gözüm ağlayır, o biri gülür. Çünki şəhidlərimiz də var.Torpaq uğrunda ölən varsa, qan tökülürsə, o torpaq vətəndir. Şəhidlərimizə Allah rəhmət eləsin, həm ailələrinə, həm də bizə səbr diləyirəm.
Gözləyirəm ki, qoşunlarımızın, müxbirlərimizin səsi Kəlbəcərdən, Laçından gəlsin. Bu vətən müharibəmizdir. Bizə qarşı olunan təcavüzün cavabıdır. Biz heç kəsdən torpaq istəmirik, heç kəsin malında gözümüz yoxdur.
Bizim insanpərvərliyimizə olunan xainliyə qarşı amansız cavab qaytarırıq. İndi həmin gün yetişib.Geri çəkilməyəcəyik! Axırıncı başı papaqlımıza qədər vuruşacağıq.Qadınlarımız da düşməndən qisas almağı bacarandır.
Qeyd etdiyim kimi ölüm-dirim mübarizəmizdir. Biz Ali Baş Komandanla birgə vuruşuruq. Ona görə xalq bir olmalıdır. Bütün inciklikləri, çatışmayanları hamısını bir tərəfə qoymaq lazımdır. Onları müzakirə etmək üçün çox vaxtımız olacaq. Amma indi bütöv Azərbaycan uğrunda mübarizə gedir.İndi hər bir ailənin bütövlüyü uğrunda müharibədir”.
Son olaraq sevilən sənətkar xaricdə yaşayan azərbaycanlılara da səslənib:
“Hazırda kürsüyə gözəllik verən oğullarsınız. Vətəni sizə heç kim verə bilməz. Harda və neçə il yaşamağınızdan asılı olmayaraq əksəriyyətinizin tabutu vətənə qayıdır.Səsinizi çıxarın! Azərbaycan sizi heç vaxt unutmayıb. Həmişə qayğınıza qalıb, nazınızla oynayıb.Yubileylərinizdə, xoş və qayğılı günlərinizdə sizi yada salıb.
Bu gün Azərbaycanın qeydinə qalmalısınız. Özümü demirəm, xalqın, millətin, dövlətin qeydinə qalmağınızı istəyirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya