O şeiri bir də söylə, Ərdoğan
Yusif Sultanoğlu
14:20 14.12.2020
Mədəniyyət
3509
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın qələbə paradında çıxışı dosta fəxarət, düşmənə qorxu bəxş edib. Ərdoğanın səsləndirdiyi “Arazı ayırdılar, lil ilə doyurdular. Mən səndən ayrılmazdım, zor ilə ayırdılar” misrası İran rəsmilərinin canına vəlvələ salıb. Əsrlərdir torpaqlarımızı, soydaşlarımızı əsarətdə saxlayan İran, Türkiyə liderinin sözlərindən sonra təşvişə düşüb.
Hətta Türkiyənin İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağrılıb. Xülasə, Türkün səsi İranı titrədib.
Bununla yanaşı, Güney Azərbaycandakı qardaşlarımız da həmin çıxışdan dolayı seviniblər. Ərdoğanın səsinə-səs veriblər. Sosial şəbəkələrdə sevinclərini şeirlərlə, türkülərlə dilə gətiriblər.
Qərbi Azərbaycandan olan şair Aqşin Hacızadə cənab Ərdoğanın çıxışına şeir həsr edib.
“Sherg.az” xəbər verir ki, bu barədə Türkiyədə yaşayan həmkarımız Nigar Ogeday məlumat yayıb. O güneyli gəncin çağırışını izləyiciləri ilə bölüşüb:
O ŞEİRİ BİR DƏ SÖYLƏ, ƏRDOĞAN !
Quzu kəsim şeir deyən dilinə,
O şeiri bir də söylə Ərdoğan!
Səs verəcək harayına qırx milyon,
Hədəfinə yaman dəyib, bax, yaman,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
Bircə bəndlik şeir ilə oyanıb,
Təbriz indi əyaq üstə dayanıb.
Əsrlərlə əsarətdən usanıb,
Çalxalanır, silkələnir bax bu an,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
Haqdan deyir, sevmir haqqı, düzü də,
Bir şeytandı astarı da, üzü də.
Zamanıdı, dağılacaq özü də,
Bizi bizdən ayrı salan, ayıran,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
Dilindəki şər-böhtandı, yalandı,
Erməniyə mehri-ülfət salandı.
İran ki var, İran deyil, ilandı,
Bu "ilana" qənim olsun o Quran,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
Yox, dolmasın Araz daha lil ilə,
Axsın Araz o tay-bu tay gül ilə.
Biz ki, birik millət ilə, dil ilə,
Niyə axı ayrı qalsın bu məkan,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
O tay bu tay Araz üstə yol salaq,
Bu birliyə alqış deyək, əl çalaq.
Bəsdir daha əsarətdə alçalaq,
Alçalmışıq düz iki yüz il, zaman,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
Bu ayrılıq əbədilik yad olsun,
Pişəvəri ruhu daim şad olsun,
Ünvanımız bircə ünvan, ad olsun,
Hey bir olsun Azərbaycan sonacan,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi
Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
09:59 15.10.2026
Gündəm