Oğlu və qardaşı ön cəbhədə olan sənətçi: “İndi mikrofona yox, silaha sarılmaq vaxtıdır”
Yusif Sultanoğlu
14:59 28.10.2020
Mədəniyyət
1791
Artıq bir aydır həmsöhbət olduğum hər kəsdən eyni sözü eşidirəm: Sevinirik! Bəli, sevinirik. Əksi mümkün deyil. 30 ildir işğalda olan torpaqlarımız azad olunur. Az qala hər gün bir zəfər xəbəri eşidirik. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərində uzun müddətdən sonra şanlı bayrağımız dalğalınır. Bir vaxt işğal tarixlərini əzbərlədiyimiz, torpaqların indi qurtuluş tarixini əzbərləyirik.
Necə sevinməyək? Necə qürurlanmayaq?
Şübhəsiz ki, cəbhədən gələn şad xəbərlər, rəşadətli ordumuzun uğurlu həmlələri möhtəşəm qələbənin yaxında olduğuna işarədir. Bu tarixi zəfərin qəhrəmanları isə başda Ali Baş Komandan olmaqla əsgərlərimiz, hərbçilərimizdir. İndi peşəsindən və kimliyindən asılı olmayaraq hər kəsin yaxını, qohumu, ailə üzvü Vətən uğrunda savaşır.
Tanınmış müğənni Əflatun Qubadovun da oğlu və qardaşı ön cəbhədə xidmət edir. Bu barədə “Sherg.az”a danışan sənətçi Ali Baş Komandanın çıxışlarını izləyərkən sevincdən ağladığını söyləyib:
“Allah ordumuzu qorusun. Hər bir əsgər bizim balamızdır. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Mənim evimdə nəvələrimin birinin anası Ağdamlıdır, o birininki, Qubadlıdandır. Qubadlının azad olunması xəbəri gələndə sevindiyimizdən bilmədik nə edək. Gəlinim də mənim balamdır, evimdədir. İnşallah Ağdam da, həmçinin hər qarış torpağımız alınsın. Fərq eləmir haralısan. Məsələn, mən Cəlilabaddanam. Kimin içində vicdan varsa, hamı bir olmalıdır. O torpaq bizim anamızdır, onu qorumalıyıq. Ananı kim qoruyar? Övlad, oğul. Canımızı, qanımızı, malımızı, övladlarımızı vətənə qurban verməyə hazırıq. Oğlum və qardaşım ikisi də cəbhə bölgəsindədir. Müharibə başlayanda getdilər. Balam ya da qardaşım heç kimdən artıq deyil. Hamının övladı necə mənimki də elə.”
Əflatun bəy, həmçinin deyib ki, indi mikrofona deyil, silaha sarılmaq vaxtıdır:
“Ona da vaxtımız olar. Toylarımız olacaq. Ali Baş Komandanımız sağ olsun. Müharibə qurtarandan sonra Azərbaycanda əmin-amanlıq hökm sürəcək. Hər an vətənin qulluğunda durmağa hazıram. İmkan daxilində Silahlı Qüvvələrə Yardım Fonduna ianə də etmişəm. Nə olsa, əlimdən gələni əsirgəmərəm. İnanın saniyə-saniyə gözləyirik. Deyirik, görəsən indi hansı torpağımızı alacağıq. İnşallah Qarabağ bütövlükdə bizim olacaq. Şəhid analarının qarşısında diz çökürəm. Onların əllərindən öpürəm ki, belə məharətli övladlar böyüdüblər. Mən də balamı onlardan seçmirəm. Şəhidlərin hər biri elə bilirəm mənim balamdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm