Prezidentin təşəbbüsü qürurvericidir !- “ Şuşada rəsm əsərləri sərgilənməlidir”
Yusif Sultanoğlu
15:49 07.01.2021
Mədəniyyət
798
“Məsələn xaricdə dostlarım var. Mənə deyirlər, Qarabağda sərgi təşkil etsəniz, məmnuniyyətlə gələcəyik”
“İnşallah Qarabağda festivallar keçirək, konsert proqramları reallaşdıraq, teatrlar yaradaq”
Prezident İlham Əliyev Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan edib. Ölkə başçısı bildirib ki, Şuşa şəhəri bu ada layiqdir:
“Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Göstərişimlə böyük heyət oraya ezam edildi. Deməli, yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, eyni zamanda, tələsmədən Şuşanın ilkin görünüşü, tarixi siması bərpa edilməlidir”.
Ölkə başçısı erməni barbarlığından da söz açaraq deyib ki, biz bütün tarixi abidələrimizi bərpa edəcəyik.
Məlum təşəbbüsü yüksək qiymətləndirən Azərbaycanın xalq rəssamı , professor, YUNESKO Rəssamlar İttifaqının üzvü Sakit Məmmədov “Sherg.az”a mövzu ilə bağlı bunları söyləyib:
“Qarabağ həmişə bizim üçün əzizdir, doğmadır. Şuşa isə oranın konservatoriyası olub. Şuşada, Qarabağda gözəl xanəndələr, əvəzsiz səslər doğulub. Təəssüf ki, Qarabağımız 30 ildir işğalda idi. Ordan olan vətandaşlar yurdlarından qaçqın düşdülər. Fikrimcə, həmin illər ərzində o istedaddan bir balaca uzaqlaşdılar. Çünki həmin qabiliyyət Qarabağın torpağından, suyundan gəlirdi. Düşmən evlərlə, abidələrlə, torpağımızla yanaşı bu istedadlara da zərbə vurdu. Özləri də işğal olunmuş torpaqlarda inkişaf etmədilər, xarabalıqdakı bayquş kimi yaşadılar. Lakin mədəniyyətimizə müəyyən qədər zərər toxundu. Xalçalarımızı oğurlayıb, öz adlarına çıxardılar və xaricdə satdılar. Mənfur düşmənimiz həmişə belə naqis olub”.
Sənətkar həmçinin qeyd edib ki, cənab prezidentin fikirləri ilə tamam razıdır:
“Bir də düşünürəm ki, Şuşa həm də Qarabağın paytaxtı olmalıdır. Çünki o ada layiqdir. Axı Şuşa əzizimizdir. Görün o cənnət məkandan kimlər çıxıb. Şuşada çox dahi insanlar, şəxsiyyətlər boya-başa çatıb. Ona görə bu təşəbbüsü dəstəkləyirəm. Bir mədəniyyət xadimi kimi əlimdən gələn köməyi etməyə hazıram. Fikrimcə, orda müasir tələblərə cavab verən muzey tikilməlidir. Rəssamların əsərləri sərgilənməlidir. Məsələn xaricdə dostlarım var. Mənə deyirlər, Qarabağda sərgi təşkil etsəniz, məmnuniyyətlə gələcəyik. İnşallah Qarabağda festivallar keçirək, konsert proqramları təşkil edək, teatrlar yaradaq. Bu gözəllik Allahın bəxş etdiyi paydır. Tanrının hədiyyəsini göz bəbəyimiz kimi qorumalıyıq. Qarabağa xas olan xalçaçılıq sənətini bərpa etməliyik. Qarabağın özünəməxsus xalçaçılıq məktəbi var idi. Bütün bunları yenidən canlandırmalıyıq. O zaman Qarabağdan çıxan dahilərin, istedadlı adamların sayı daha da artacaq. Prezidentin təşəbbüsünü eşidəndə çox sevindim. Qürurverici addımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi
Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
09:59 15.10.2026
Gündəm