Qarabağ yenə cənnət olacaq
Yusif Sultanoğlu
09:46 17.11.2020
Mədəniyyət
1180
Gülyanaq Məmmədova: "Çünki bizim iradəli, güclü dövlət başçımız var"
İstər 44 günlük döyüş müddətində, istərsə də daha sonra sevilən sənətkarların, görkəmli mədəniyyət xadimlərinin təəssüratlarını, ürək sözlərini xalqa çatdırdıq. Onlar həyəcanlarını, zəfərdən doğan sevinclərini bizimlə bölüşərək, oxucularımıza xoş əhval-ruhiyə bağışladılar.
Növbəti dəfə bizimlə həmsöhbət olan Xalq artisti Gülyanaq Məmmədova da keçirdiyi xoş hissləri "Şərq" vasitəsi ilə dilə gətirib: “Vətənin bir övladı kimi sevinirəm. Qələbə bizimdir. Allahın izni ilə torpaqlarımız bizim olacaq.
Artıq şübhəmiz yoxdur. Bizi kövrəldən bir məqam da var. Şəhidlərimizin itkisi hər birimizi sarsıdır. Amma torpaq uğrunda ölən varsa vətəndir. Onlar Vətən yolunda canlarını fəda ediblər. Ruhları şad olsun. Ailələrinə səbr diləyirəm. Onu da deyim ki, torpaqlarımızın azad olunmasını illərdir gözləyirik.
Bu səbəbdən də çox sevincliyəm. Uşaqlıq illərimdə gördüyüm Şuşanı, Cıdır düzünü həmişə arzulayırdım. Ağdərədə 1991-1992-ci illərdə müharibənin ağır vaxtlarında əsgərlərimizə konsertlər vermişəm.
Ona görə torpaqlarımıza qovuşacağımız günü səbirsizliklə gözləyirdim. Artıq illərin həsrətinə son qoyulub. Könlüm çox fərəhlidir. İnşallah, Şuşadan, Laçından, Xocalıdan səsimiz gəlsin.
O torpaqlar muğam, tar-kaman üçün darıxıb, hər qarışında nəğmələrimizi yüksəldəcəyik. Bayram şənlikləri quracağıq. Qarabağ onsuz da hər zaman cənnət olub, yenə olacaq.
Çünki bizim iradəli, güclü dövlət başçımız var. Hamımız onun siyasətini dəstəkləyirik. Qarabağ quruculuq işləri ilə yaxın gələcəkdə əvvəlkindən də gözəl olacaq. Əminliklə deyə bilərəm ki, bir çox bayram şənliklərimiz orda qurulacaq. Hamımız, bütün müğənnilər, sənətçilər Qarabağa üz tutacağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət