«Rəngli duyğular»dan rəngarəng qələbələr: Rəssamlarımız birinci oldular - Fotolar !
11:55 13.12.2020
Mədəniyyət
1463
İtaliyanın Mədəniyyət Asosasiyasının keçirdiyi «Beynəlxalq mədəniyyət festivalına» Beynəlxalq Yaradıcılıq Fondunun üzvü, Beynəlxalq Qadın Rəssamlar Asossasiyasının üzvü, Rəssam Nərminə Vəliyevanın bədii rəhbəri olduğu «Rəngli duyğular» rəsm studiyası da qatılıb.
"Sherg.az" xəbər verirr ki, 50-dən çox ölkənin iştirak etdiyi festivalda ölkəmizi təmsil edən gənc rəssamlarımız yüksək peşəkarlığı ilə seçilərək bütün yaş kateqoriyaları üzrə 1-cilik qazanıblar. Rəssam Nərminə Vəliyeva təşkilat komitəsi tərəfindən «Uşaq və gənclərin mədəni, mənəvi və profesional inkişafında göstərdiyi peşəkarlığa görə» təşəkkürnamə məktubu və sertifikatla təltif olunub.
Bununla yanaşı, «Rəngli duyğular» rəsm studiyasının tələbələri İspaniyanın «Salvador Dali» Beynəxalq rəsm festivalında da böyük naliyyətlə əldə ediblər. 60-dan artıq ölkənin iştirak etdiyi festivalda Nərminə xanımın tələbələri ən yüksək ballar qazanaraq ilk 3-lükdə yer alıblar.
Rəsm studiyasının son uğurlarından biri də «UNESCO»nun tərəfdaşı olduğu Paris «Sen Jermen — An Le» Beynəlxalq Yaradıcılıq İttifaqının keçirdiyi «Dünya arzularında» beynəlxalq müsabiqə festivalında iştirakıdır. 40-dan artıq ölkənin qatıldığı festivalda Nərminə Vəliyevanın tələbələri 4-17 yaş kateqoriyasında yüksək səviyyəli əsərlərinə görə sertifikatlarla təltif olunublar.
«Rəngarəng duyğular» rəsm studiyası 2020-ci ili major notlarla başa vurur. Triumfal gənclər ABŞ-da keçirilən Beynəlxalq Uşaq yaradıcılıq festivalının «Sağlam həyat» devizi altında keçirilən geniş miqyaslı sərgisində çox böyük uğurla iştirak ediblər.
Habelə «Welcome Washington» dərgisində Nərminə Vəliyevanın «Covid — 19» məqaləsi həmçinin tələbələrinin rəsm əsərləri ilə birgə çap edilib. Eyni zamanda Nərminə xanımın eyni adlı məqaləsi Amerika Səhiyyə Universitetində məruzə edilib və "web" səhifələrində yerləşdirilib.
Yuxarıda sadalanan bütün uğurları rəssam Nərminə Vəliyeva Vətən müharibəsinə həsr edir!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi