"Uşaqdan böyüyə bütün xalq birdir"
Yusif Sultanoğlu
13:44 27.10.2020
Mədəniyyət
850
Hamımız həmrəyik. Allahın izni ilə bütün torpaqlarımızı azad edəcəyik
Bir aydır ki, davam edən haqq savaşımızın nəticəsində torpaqlarımızın bir hissəsi işğaldan azad olunub. Rəşadətli ordumuzun bayrağımızı sancdığı Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərinə Qubadlı da əlavə edildi. Bununla yanaşı, kəndlərimiz, əhəmiyyətli mövqelərdə yerləşən yüksəkliklərimiz, bir sıra yaşayış məntəqələrimiz geri qaytarılıb. Hələ ordumuzun ələ keçirdiyi, cənab Prezidentin çıxışlarında fəxrlə açıqladığı hərbi qənimətləri demirik. Onlar isə düşmənin ağır məğlubiyyətlərə düçar olduğunun bariz sübutudur.
Əlbəttə, sadaladığımız zəfərlər, uğurlar hər birimizi fərəhləndirir.
“Sherg.az”la həmsöhbət olan Əməkdar artist Zakir Əliyev də çox sevincli olduğunu dilə gətirib. Sənətkar millətimizə bütöv Azərbaycanın vətəndaşı olmağı arzulayıb:
“İnşallah, ayağımızı yerə möhkəm basacağıq. Allah Prezidentimizə can sağlığı versin, ordumuzu qorusun. Əsgərlərimiz, zabitlərimiz tarix yazırlar. Hazırda uşaqdan böyüyə bütün xalq birdir. Millət əsgərin yanındadır, əsgər də Prezidentimizin... Hamımız həmrəyik. Allahın izni ilə bütün torpaqlarımızı azad edəcəyik. Əsgərlərimiz düşmən atəşinə tuş gəlməsinlər. Hamısı bizim balalarımızdır. Allah millətimizə o xoş günü nəsib etsin. Prezidentimiz efirdə desin ki, savaş bitdi, Qarabağ torpaqlarını azad etdik, sərhədlərimiz möhkəmləndi. Biz də əl-ələ verib orada sökülmüş evləri bərpa edək. Torpaqlarımıza sahib çıxaq. Dövlətimiz, türk dünyası güclənsin, Allah bizə həmişə zəfər qismət eləsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm