“Vətən yaxşıdır”oxuyub dastana döndü – ““Xudayar təsnifi” adlandırılacaq” - Video
Yusif Sultanoğlu
11:46 07.12.2020
Mədəniyyət
6055
“Xudayar çox istedadlı gənc idi”
“O mahnının müəllifi ustadımız Əlibaba Məmmədovdur”
“O xeyir-dua veribsə, biz iki əlli dəstəkləyirik. Çox gözəl olar. Həm şəhidimizin adı da əbədiləşər”
Vətən müharibəsində fərqlənən, qəhrəmanlıq göstərən igidlərimiz çoxdur.Əlbəttə, bu şanlı savaşın hər bir iştirakçısı igiddir, ərdir. Lakin yadda qalanlar var. Videoları, fotoları sosial şəbəkələrdə yayılan, odun-alovun içində gülər üzləri ilə ürəklərdə silinməz izlər qoyan oğullarımızdan danışıram. Onlardan biri də Xudayar Yusifzadədir. Sadəcə bir neçə kilometr uzaqlıqda düşmən var, başının üstdən toplar, tüfənglər atılır. Amma Xudayar oxuyur, “Vətən yaxşıdır” söyləyir.
Kaş bizi eşitsə, desək ki, ay Xudayar, torpaq sənin kimi oğullarla vətəndir. Amma o artıq cənnətdən xalqını izləyən şəhidlər sırasındadır. Elə həmin video yayıldıqdan bir neçə gün sonra eşitdik ki, bülbül səsli igidimiz şəhadətə qovuşub.
O gündən sonra qulağımızdan səsi getmədi. Adı gələndə könlümüz dastana döndü. Sözləri böyük şair Əliağa Vahidə, musiqisi yaşayan əfsanə Əlibaba Məmmədova məxsus olan “Vətən yaxşıdır” mahnısı yaddaşlarda Xudayarın səsi ilə qaldı.
Bu səbəbdəndir ki, ictimai fəallar sosial şəbəkələrdə mövzu ilə əlaqəli təklif irəli sürdülər. Dedilər ki, həmin mahnı “Xudayar təsnifi” adlandırılsın. Hətta Əlibaba müəllimin də razılığı alındı.
Həmin təqdirəlayiq təşəbbüsü “Sherg.az”a dəyərləndirən xalq artisti Mənsum İbrahimov əvvəlcə şəhidlərimizi yada salıb:
“Bütün şəhidlərimizin, o cümlədən Xudayarın ruhu şad olsun. Vətənimizin igid oğullarının sayəsində torpaqlarımızı işğaldan azad etdik. Çox istedadlı gənc idi.
O mahnının müəllifi ustadımız Əlibaba Məmmədovdur. O xeyir-dua veribsə, biz iki əlli dəstəkləyirik. Çox gözəl olar. Həm şəhidimizin adı da əbədiləşər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial