Xalq artisti bu müğənnilərə SƏSLƏNDİ: “Zövqləri korlamasınlar”
Yusif Sultanoğlu
11:14 09.02.2021
Mədəniyyət
1147
“Çünki körpələrimiz böyüyür, gənclərimiz var. İndi xeyli gərəksiz mahnı mövcuddur”
“Baxıram, uşaqlar, gənclər axın edib, onları dinləyir”
“Əsəbləşirəm ki, olmaz axı. Biz çalışdığımız qədər tələbələri zövqlü musiqilərə yönləndiririk”
Hazırda şou-biznes aləmində yeni bir tendensiya yayılıb. Əksər müğənni repertuarında musiqili meyxana yaxud da meyxanasayağı mahnılara yer verir. Hətta meyxanaçılarda bu halı tənqid edirlər. Məsələn ötən günlərdə meyxanaçı Pərviz Bülbülə bəzi müğənnilərin meyxana dediyini söylədi. Bəs bu dəb necə yarandı? Görəsən xanəndələr də bir gün meyxanasayağı mahnılara müraciət edə bilərmi?
“Sherg.az”ın suallarına cavab verən xalq artisti Gülyanaq Məmmədov deyib ki, janr ifaçının öz seçimidir:
“Onunla bağlı bir söz deyə bilmərəm. Yaxşı ifa edənlər də var. Bir də səviyyəli-səviyyəsiz mahnılar mövcuddur. Həm müəllim, həm də muğam ifaçısı kimi repertuarımda muğamlardan bəhrələnmişəm.
Xalqın sevgisini də belə qazanmışam. Amma səsin diapazonuna, rənginə uyğun digər janrın mahnılarını da gözəl şəkildə təqdim etmək olar.
O da baxır hansı janrdır. Məsələn xarici və yerli estradadan mahnılar da oxumuşam. İnsan bacarırsa, edə bilər. Lakin gülünc formada hazırlama qolmaz. Bir müəllim kimi tövsiyyəm odur ki, hansı janrda oxuyurlarsa, onu samballı təqdim etsinlər, zövqləri korlamasınlar.
Çünki körpələrimiz böyüyür, gənclərimiz var. İndi xeyli gərəksiz mahnı mövcuddur. Baxıram, uşaqlar, gənclər axın edib, onları dinləyir. Əsəbləşirəm ki, olmaz axı. Biz çalışdığımız qədər tələbələri zövqlü musiqilərə yönləndiririk”.
Xanəndə onu da əlavə edib ki, bizi dünyada tanıdan mili musiqimiz, muğamımızdır:
“Estrada bütün dünyada var. Bizi fərqləndirən isə muğamımızdır. Dünyanın bir çox ölkəsində olmuşuq. Musiqinin dili yoxdur. Xaricdə dilimizi bilməsələr də, zəngulələrimizə, musiqmizin şirinliyinə heyran qalıblar. Şahid olduğum üçün ürəklə deyirəm. İndi insanlarımız da ağı qaradan seçə bilirlər. Bu sənətdə kimisə aldatmaq mümkün deyil. Çünki ifa da, səs də göz önündə olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Millimiz Moldovaya məğlub oldu
20:10 07.09.2026
Futbol
Polşa uzaqmənzilli pilotsuz uçuş aparatlarını sınaqdan keçirəcək
20:00 07.09.2026
Dünya
Rusiya Almaniyaya qarşı cavab tədbirləri görür
19:45 07.09.2026
Dünya
Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb
19:38 07.09.2026
Hadisə
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur