Xalq artisti: ““Qarabağ şikəstəsi”ni Qarabağda ifa edəcəyim günü gözləyirəm”
Yusif Sultanoğlu
13:54 28.09.2020
Mədəniyyət
984
Heç kimə sirr deyil ki, dünən cəbhədə baş verənlər xalqımızın Qarabağ həsrətini, qələbə əzmini bir daha oyadıb. Millətimiz sevinc göz yaşları ilə yaşananları izləyib. İşğaldan azad olunan ərazilər Qarabağa addım-addım yaxınlaşdığımızın göstəricisi olaraq hər birimizi qələbəyə inandırıb. Xalqımız daim dövlətimizin və ordumuzun yanında olduğunu nümayiş etdirib, etdirir. Sosial şəbəkələri, küçələri aylı ulduzlu şanlı bayrağımızla bəzəyən millətimiz, cəbhədə yağış kimi mərmi yağdıran igidlərimiz düşmənin canına növbəti dəfə qorxu salıb.
Şübhəsiz ki, qəlbimizdə doğan ümid günəşi şəfəqlərini Qarabağda saçmağa hazırlanır.
Bu tarixi günlərlə bağlı “Sherg.az”a danışan xalq artisti Mənsum İbrahimov da belə düşünür. Xanəndə “Qarabağ şikəstəsi”ni məhz Qarabağda ifa edəcəyi günü səbirsizliklə gözləyir:
“30 ilə yaxındır, həsrətlə gözlədiyimiz gün dünən gəldi çatdı. Ali baş komandanımız əmr verdi, ordumuz hərəkətə keçdi. Düşmən bizim torpaqları işğal edib.
Buna baxmayaraq danışıqlarla çıxmaq fikri yox idi. Bütün dünya təşkilatlarında söhbətlərimizin, danışıqlarımızın bir nəticəsi olmadı. Həmişə başımızın altına “yastıq” qoydular.
Beləliklə, 30 ilə yaxın vaxt keçdi. Xalqımızın da dövlətimizin də səbri tükəndi. Dünən bu qərar verildi. Gördüyünüz kimi bir neçə saat ərzində yaşayış məntəqələrimiz işğaldan azad olundu.
İnanıram ki, tezliklə bayrağımız Şuşamızda dalğalanacaq. O günü gözləyirəm. Yeri gəlmişkən qarşıdan 60 illik yubileyim gəlir.
Dağlıq Qarabağda “Qarabağ şikəstəsi”ni oxumağım mənim üçün ən böyük həddiyyə olar. Ali Baş Komandanımızın rəhbərliyi ilə Şuşamıza, Ağdamımıza, Laçınımıza gedəcəyik. İnanıram ki ordumuz tezliklə qələbə xəbərini çatdıracaq.
Xalqımızla zəfər bayramını qeyd edəcəyik. Çünki biz haqlıyıq. Torpağımız işğal olunub. Heç kimin torpağında gözümüz yoxdur.
Torpağımızı işğaldan azad edirik. Torpağımızdan erməni əsgərlərini çıxartmağa çalışırıq. Bu, Azərbaycanın hüququdur və öz hüququndan istifadə edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya