Xalq artısti: “Sami Yusifin yeni bəstəsi çox uğurlu alınıb”
- Video
Məlahət Rzayeva
12:47 10.09.2019
Mədəniyyət
1069
“Zənnimcə, “Nəsimi ili”nə gözəl töhfələrdən birini də “Youtube” kanalındakı hesabına yerləşdirdiyi son bəstəsi ilə soydaşımız, Azərbaycan əsilli Britaniya sənətçisi Sami Yusif verdi. Onun “Şur” muğamının ladları üzərində gəzişərək ərsəyə gətirdiyi “Nəsimi” kompozisiyası sosial şəbəkələrdə qısa zamanda populyarlaşdı və böyük rəğbətlə qarşılandı”.
Bu fikirləri Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Feysbuk səhifəsində paylaşdığı “Nəsimi - 7 böyük ozandan biri” başlıqlı yazısında qeyd edib.
Həqiqətən də Sami Yusifin dahi Azərbaycan mütəfəkkiri İmadəddin Nəsiminin “Sığmazam” qəzəlinə bəstələdiyi musiqi dinləyənləri heyran edir. Bu kompozisiyanı izləyənlərin sayı artıq rekord həddə çatıb.
Xalq artisti, xanəndə Mənsum İbrahimov “Sherg.az”a açıqlamasında Sami Yusifin yeni bəstəsinin çox uğurlu alındığını dedi:
-Kompozisiyaya qulaq asmışam və çox bəyənirəm. Bu, xüsusilə də “Nəsimi ili” çərçivəsində Azərbaycan musiqi mədəniyyətinə, ifaçılıq sənətinə böyük bir hədiyyədir. Sami Yusif xarici ölkədə yaşasa da, azərbaycanlıdır, dünyaca məşhur ifaçıdır. Onun Nəsimi qəzəlinə müraciət etməsi Azərbaycan mədəniyyətinin, Azərbaycan poeziyası və fəlsəfi fikir tarixinin dünyada tərənnüm edilməsi baxımından çox gərəkli və zamanında gerçəkləşmiş bir layihədir. Şəxsən mən bir xanəndə kimi kompozisiyanı bəyənirəm. Hər şey yerli-yerindədi.
M.İbrahimov “Sığmazam” kompozisiyasının Azərbaycan musiqiçiləri və Azərbaycan ifaçılarının iştirakı ilə ərsəyə gəlməsinin sevindirici hal olduğunu dedi:
- Mənim üçün çox xoş oldu ki, Sami Yusif kompozisiyanın səsləndirilməsinə tələbəm Təyyar Bayramovu və onun oğlu Kənanı dəvət etdi. Kompozisiyanı izləmisinizsə, xorun, orkestrin yalnız Azərbaycan sənətçilərindən ibarət olduğunu da görmüsünüz. Bu da bizim üçün ikiqat sevindiricidir. Hesab edirəm ki, Sami Yusif böyük bir layihəyə imza atıb. Biz bunu ancaq alqışlaya bilərik.
M.İbrahimov “Nəsimi ili” çərçivəsində Türkiyədə konsert proqramı ilə çıxış etdiyini, sentyabrın 20-də isə Berlində konserti olacağını da dedi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Maskdan Ukraynaya pis xəbər: İcazə verilmədi...
01:21 08.08.2026
Dünya
Pezeşkian: Qonşularla münasibətlərdə bir çox problemi həll etmişik
00:57 08.08.2026
Region
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq