Xalq artistindən Prezidentə təbrik: “İlham Əliyev yaxşı insandır...”
Yusif Sultanoğlu
14:33 24.12.2020
Mədəniyyət
799
“Neçə illərdir doğum günlərini köçkünlərlə, qaçqınlarla qeyd edir”
“Bu gün də azad olunmuş torpaqlarımızdadır, əsgərlərimizlə bir yerdədir”
“Əlbəttə, doğum gününü ailəsi ilə də keçirə bilərdi. Lakin o, bunu etmədi , Qubadlı və Zəngilana yollandı”
24 dekabr Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin doğum günüdür. Ömrünü xalqa həsr etmiş liderin 59 yaşı tamam olur. Bu gün biz deyil, o bizə hədiyyə bəxş edir. İşğaldan azad olunmuş torpaqlara səfəri hər birimizi fərəhləndirir. Cənab Prezident yeni yaşını işğaldan azad olunan dədə-baba torpaqlarımızda əsgərlərimizlə birgə qarşılayır.
Bu mənada sosial şəbəkələrdə, eləcə də cəmiyyətdə və ölkə hüdudlarından kənarda Ali Baş Komandanımızın məhz bu əlamətdar addımından danışırlar. Ölkə başçısına arzu və təbriklərini çatdırırlar.
Xalq artisti Rasim Balayev də qeyd edib ki, Prezident İlham Əliyev ağılagəlməz işlər gördü:
“Öz fəaliyyətini qızıl hərflərlə Azərbaycan tarixinə yazdı. İntellekti, ağlı, dünyadakı imici və müdrikliyi ilə tariximizdə bənzəri olmayan bir hadisəyə imza atdı. O yaxşı insandır, mahir siyasətçidir. Ən böyük Azərbaycanlıdır. Onun xidmətinin qarşısında söz tapıb, deyə bilmirəm. İllər, əsrlər keçəcək İlham Əliyev tarixdə qalacaq. Ona can sağlığı arzulayıram, işlərində uğurlar diləyirəm. O həm də sadə adamdır.
Neçə illərdir doğum günlərini köçkünlərlə, qaçqınlarla qeyd edir. Bu gün də azad olunmuş torpaqlarımızdadır. Əsgərlərimizlə bir yerdədir. Əlbəttə, doğum gününü ailəsi ilə də keçirə bilərdi. Əlbəttə, doğum gününü ailəsi ilə də keçirə bilərdi. Lakin o, bunu etmədi və Qubadlı və Zəngilana səfər etdi. Məlum addım da onun böyük insan olmasından xəbər verir. Qürur duyuram ki, belə Prezidentimiz var. Ona işlərində müvəfəqiyyətlər arzulayıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi
Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
09:59 15.10.2026
Gündəm