“Xarici ölkələrin konsert zallarına həsəd aparırdıq, amma..."
Yusif Sultanoğlu
09:39 27.08.2020
Mədəniyyət
1256
“Artıq elə muğam mərkəzimiz var ki, indi onlar bizə həsrətlə baxır”
Azərbaycanı dünyada tanıdan, bənzərsiz mədəniyyətini nümayiş etdirən milli sərvətlərindən biri, bəlkə də birincisi muğamdır. Böyükdən-kiçiyə hər birimizin qanına, canına hopmuş muğam millətimizə xas sənət incisidir. Dinləyəndə insanı düşündürən, zövqün və kədərin dərinliklərində gəzdirən bu incəsənət xəzinəsi Vətənimizin ayrılmaz parçasıdır. Tarixən enişli-yoxuşlu yollardan keçsə də, Azərbaycan xalqı muğam irsini qoruyub saxlamağı bacarıb. Dövr dəyişdikcə mənbəyini itirən sənət növlərindən fərqli olaraq milli muğam ifaçılğı müstəqil və müasir Azərbaycanda yeni inkişaf mərhələsinə qədəm qoyaraq dünya auditoriyasına çıxıb.
Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqisi festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini bir daha təsdiq edir.
Bu günlə bağlı təəssüratlarını “Sherg.az”la bölüşən tanınmış xanəndə, Əməkdar artist Təyyar Bayramov muğamın inkişafından, hazırkı durumundan danışıb:
“Muğam bizim milli sərvətimizdir. Ona görə də belə bir günün elan olunması muğamsevərləri və təbliğ edənləri çox sevindirdi. Muğam ifaçıları olaraq bu gün təbriklər alırıq. Hər ölkənin öz musiqisi var. Biz də muğamla bağlı daim tədbirlərdə, qastrol səfərlərində olmuşuq. Xalqımızı, mədəniyyətimizi təbliğ eləmişik.
Fəxr edirəm ki, Azərbaycan mədəniyyətinin xalqının, qanında, canında olan bu janrın ifaçısıyam. Bir də ki, hazırda muğama verilən dəyər, digər ölkələrin musiqilərinə göstərilmir.
Məsələn, həmişə xarici ölkələrin konsert zallarına həsəd apararaq baxırdıq. Artıq elə muğam mərkəzimiz var ki, indi onlar bizə həsrətlə baxır. Dövlətimiz tərəfindən musiqimizə xidmət edən Milli Konservatoriya ərmağan olunub.
Orda da muğamımızın təbliği yüksək səviyyədə təşkil olunub. Bundan əlavə Heydər Əliyev Fondunun dəstəyi nəticəsində respublika muğam müsabiqələri keçirilib.
Onun əsasında gözəl sənətkarlar, xanəndələr meydana gəlib. Onlardan da 10-a yaxın fəxri ad alan var. Bu da təbii ki, muğamımızın və ona yönələn siyasətin uğurudur, bəhrəsidir. Alqışalayiq işdir.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya