Xudayarla birgə tarixləşən “Vətən yaxşıdır”ın fəlsəfəsi... - Video
12:40 15.12.2020
Mədəniyyət
1882
Günlərdir uşaqlı - böyüklü hər kəsin sevimlisinə çevrilən "Vətən yaxşıdır" mahnısı Xanəndə Əlibaba Məmmədovun qəzəlxan Əliağa Vahidin “Vətən yaxşıdır” şeirinə bəstələdiyi mahnıdır... Mahnı ilk dəfə 1960-cı ildə Əlibaba Məmmədovun ifasında səsləndirilib. Məlumata görə Ə.Vahid bir gün Terek çayında gəmi ilə səfər edirmiş. Birdən vətən üçün darıxır və beləliklə bu mahnının sözləri yaranır. 60 il əvvəl isə Ə.Məmmədov bu şeirə mahnı bəstələyir. Oradakı "terek" sözü isə "xəzər" ilə əvəz edilir.
Ə.Məmmədov həmişə Ə.Vahidi xatirələrində gözəl xatırlayıb, onun sözlərinə təsniflər bəstələyib...
Görkəmli xanəndə Ə.Məmmədov mahnı haqqında isə bunları deyib:
"Bu mahnını 1960-cı ildə yazmışam, ilk ifaçısı da özüm olmuşam. Məndən sonra bu mahnını demək olar ki, bütün məşhur ifaçılar oxuyublar. Hətta həmin illərdə Təbriz radiosu ilk olaraq mənim mahnım ilə günə başlayır, daha sonra isə “Danışır Təbriz” deyirdi". Mahnı sonralar Eyyub Yaqubovun, Güllü Muradovanın, Babək Niftəliyevin, Rəvanə Əmiraslanlının, Ehtiram Hüseynovun, Almaxanım Əhmədlinin ifalarında səsləndirilib."Xudayar təsnifi" Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin ifasında məşhurlaşıb. Xudayar Yusifzadə döyüşlərdən iki gün öncə "Vətən yaxşıdır" mahnısını oxuyarkən döyüş yoldaşları ilə özünü videoya alıb. Həmin video sosial şəbəkələrdə trendə çevrilib.
Ə.Məmmədov Xudayarın ifası haqqında deyib:
"Şəhid Xudayar Yusifzadənin videosunu izlədim, çox gözəl səsi var imiş, heyif o səsdən. Bir tərəfdən mahnının dillər əzbəri olması məni sevindirir, digər tərəfdən isə Xudayarın vaxtsız itkisi məni çox kədərləndirir. O görüntülər hamıdan çox mənə təsir etdi. Nə deyim, Vətən sağ olsun"!
Xatırladaq ki, Xudayar Yusifzadə oktyabrın 23-də Zəngilanın Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə ağır yaralanıb, daha sonra isə şəhid olub.
Hazırladı: Ağarza Elçinoğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi
Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
09:59 15.10.2026
Gündəm