Xuraman Şuşalı da vətən savaşından oxudu - VİDEO
Yusif Sultanoğlu
11:29 04.11.2020
Mədəniyyət
1476
İkinci Dağlıq Qarabağ müharibəsi başladığı gündən hər sahədə olduğu kimi incəsənətdə də milli ruhda işlər görülür, bu istiqamətdə layihələr hazırlanır. Kliplər çəkilir, mahnılar ifa olunur, vətənpərvərlik mövzusunda yaradıcılıq məhsulları təqdim olunur. Müğənni Xuraman Şuşalı da repertuarında vətən savaşına yer ayırıb.
"Sherg.az” xəbər verir ki, sənətçi mərhum şair Mirəli Vəkiloğlunun sağlığında yazıb, ona hədiyyə etdiyi “Azərbaycan” şeirinə mahnı bəstəliyib, ifa edib. Rejissoru Aydın Asədullaya, montajı Elnur Ehtiramoğluna məxsus olan klipi təqdim edib.
Əslən Şuşadan olan, doğma yurdunun adını özünə təxəllüs seçən Xuraman xanım “Qarabağ Azərbaycandır” deyən Ali Baş Komandanın əsgəri olduğunu söyləyib. Həmçinin 30 il əvvəl mərhum valideynləri ilə birlikdə Şuşada tərk etməli olduğu evinə dönəcəyi günü səbirsizliklə gözlədiyini deyib:
"Təəsüf ki atam və anam vətən, torpaq həsrəti ilə bu dünyadan köçdü. İnşallah bizə doğma Şuşamıza dönmək nəsib olacaq. Qələbə xəbərini gözləyirəm. Bu sevinci bizə yaşadan Ali Baş komandanıma minnətdaram. Qarabağ uğrunda döyüşən müzəffər ordumla fəxr edirəm. Bizə zəfər gətirən hərbiçilərimizə, əsgərlərimizə təşəkkür edirəm.
Allah Azərbaycan ordusunu qorusun. Cənab İlham Əliyevi, Azərbaycan Xalqını, Türk millətini, Türkiyəni, cənab Rəcəb Tayyib Ərdoğanı, dost ölkə Pakistanı, bu yolda bizə dəstək olan bütün xalqları, siyasətçiləri, media nümayəndələrini qorusun.
Hazırda Azərbaycan böyük qələbə sevincini yaşayacağı günü gözləyir. Allah yaralı əsgərlərimizə rəhm eləsin, onlara şəfa versin.
Hər biri tezliklə öz sağlıqlarına qovuşsunlar. Tanrı şəhidlərimizə rəhmət eləsin, valideynlərinə, ailələrinə, yaxınlarına səbr, güc versin. Qeyrətli, igid, mərd şəhidlərimin qarşısında baş əyirəm.
Onları böyüdən valideynlərə eşq olsun. Allah bizi el obamızdan ayrı salan, min bir vəhşət yaşadan yağı düşmənimizi xar eləsin. Necə ki edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm