Xuraman Şuşalı: "Hətta yoldaşıma da demişəm ki, Şuşadan özünə iş taparsan"
Yusif Sultanoğlu
07:26 28.10.2020
Mədəniyyət
1830
1990-cı illərin dəhşətini canlı yaşayıb, öz yurdlarından ayrı düşən soydaşlarımız var. Onların sevinci, həyəcanı, həsrəti tamam başqadır. Doğulub, dünyaya göz açdıqları, ilk addımlarını atdıqları torpaqlara qovuşmağın xoşbəxtliyini yaşayırlar. Hər an gözləri xəbərlərə, cənab Prezidentin çıxışlarına zillənir. Öz kəndlərinin, rayonlarının xoş xəbərini eşitmək istəyirlər. Nə deyək? Onların keçirdiyi hissləri sözlə izah etmək çətindir. Biz də torpaq niskilini ürəklərində yaşadan həmvətənlərimizlə dərdləşib həm sevinclərinə şərik oluruq, həm də həyəcanlarını bölüşürük.
Sənətə gəldiyi gündən doğma yurdunun adını özünə təxəllüs götürən tanınmış müğənni Xuraman Şuşalı da “Sherg.az”la həmsöhbət olub. Xuraman xanım, tezliklə Şuşanın işğaldan azad olunacağına inandığını söyləyib:
- Əminəm ki, Xocalıda tökülən qanların qisasını alacağıq. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Cənab Prezidentin danışığı, nitqi bizi tam şəkildə inandırdı ki, geri çəkilməyəcəyik. Biz müharibənin dayanmasını istəmirik. Həm də ermənilər çox azğınlaşmışdılar. Müharibə olmasa da atəşkəsi pozurdular. Tovuza hücum etdilər, təxribatlara əl atdılar. Bizim sakit dayanmağımız onları arxayın salmışdı. Düşünürdülər ki, bizlə belə rəftar edə bilərlər. Şükürlər olsun ki, Prezidentimiz onları yerlərinə otuzdurdu. Mənfur düşməni iti qovan kimi torpaqlarımızdan qovur.
- Şuşanın xəbərini səbirsizliklə gözləyərsiz hər halda.
- İndi Xocalının işğaldan azad olunmağını gözləyirəm. Ermənilər yaşlı əsgərləri vuruşmağa gətiriblər. Allah onları öz ayaqları ilə gətirib ki, Xocalı torpağında tikə-tikə olsunlar. Bizim qisasımız alınsın. Hazırda bunun üçün dua edirəm. Çünki Xocalıda məsum balaların qanı tökülmüşdü, onlara qarşı vəhşilik törətmişdilər. Ona görə Xocalının xəbərini gözləyirəm. Allahdan istəyim odur ki, itki verməyək. Analar balasız, övladlar atasız qalmasın. Mən özüm atasız böyümüşəm. Atam Qarabağ yolunda vuruşub. O ab-havada boya-başa çatmışam. İstəmirəm balalarımız həmin travmanı alsınlar.
- Qarabağda keçən günləriniz yadınıza gəlirmi?
- Əlbəttə, Şuşadan çıxanda 8 yaşım var idi. Uşaqlığım Şuşanı gəzməklə keçib. Orda İsa bulağında, Cıdır düzündə gözəl günlərim olub. Hamısını xatırlayıram. Uşaqlıq xatirələrimi Şuşada yada salmaq üçün səbirsizlənirəm.
- Yəqin ki, Şuşayla bağlı gələcək planlarınız var...
- İcazə veriləndən sonra ora ilk gedənlərdən olacam. Hətta Şuşada yaşamaq niyətim var. İşlərim, toylarım olanda gəlib-gedərəm. İnşallah, oğlanlarımız evlənsin, qızlarımız gəlin köçsün. İnanıram ki, toyların çoxu Qarabağda olacaq. Ora köçəcəm. Hətta yoldaşıma da demişəm ki, Şuşadan özünə iş taparsan. Çünki onun işi televiziyadır, Bakıdadır. O vaxtı Şuşanın da televiziyası var idi. İnşallah, yenə olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm