II Qlobal Media Forumunun iştirakçıları Yuxarı Gövhər ağa məscidini ziyarət edib

II Qlobal Media Forumunun iştirakçıları Yuxarı Gövhər ağa məscidini ziyarət edib.

APA-nın Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, qonaqlara məscidin tarixi və memarlıq quruluşu barədə ətraflı informasiya verilib.

Bildirilib ki, 1992-ci ildə Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra Yuxarı Gövhər ağa məscidinin interyeri və minarəsi tamamilə dağıdılıb.

Şəhərin işğaldan azad edilməsi ilə bu tarixi memarlıq abidəsində təmir-bərpa işlərinə başlanılıb.

Daha sonra bir sıra qonaqlar məsciddə namaz qılıb, dualar ediblər.