
Ermənilərin qayıdış məsələsi beynəlxalq dəstək ala bilmədi - RƏY
05:37 18.10.2024
Siyasət
374
Zaxarovanın Azərbaycan-Ermənistan arasında davam edən sülh danışıqları haqqında kifayət qədər bilgili olduğu görünür
“Xankəndi Azərbaycan ərazisidir və orada bu ölkənin qanunları işləyir”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə erməni jurnalistin guya Azərbaycanın erməni əhalisinin öz evlərinə qayıtmaması üçün Xankəndidə evləri sökməsi ilə təxribat xarakterli sualını cavablandırarkən deyib. Zaxarova erməni jurnalistə onu da xatırladıb ki, Azərbaycan erməni əhalisinə Qarabağa qayıtmaq imkanı yaradıb: "Anladığım qədər, söhbət Azərbaycan ərazisindən gedir. Orada bu ölkənin qanunları işləyir. Biz dəfələrlə öz evlərini tərk edən əhalinin ora qayıtması üçün konstruktiv addımları qeyd etmişik. Biz azərbaycanlı həmkarlarımızla ikitərəfli təmaslar zamanı bu məsələni müzakirə etmişik. Bir daha qeyd etmək istəyirəm ki, geri qayıtmaq imkanı yaradılıb". Ekspertlər Zaxarovanın açıqlamasını Kremlin mövqeyi olmaqla yanaşı, Ermənistan tərəfinə növbəti ismarıc kimi də dəyərləndirirlər.
Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Sherg.az"a açıqlamasında bildirib ki, Rusiya XİN sözçüsü Mariya Zaxarovanın erməni jurnalistin təxribat xarakterli sualına cavabı beynəlxalq hüquqa əsaslanır. Ekspertin fikrincə, sualı cavablandıran Zaxarovanın Azərbaycan-Ermənistan arasında davam edən sülh danışıqları haqqında kifayət qədər bilgili olduğu görünür:

"Son bir ildən bəri Ermənistan tərəfi Fransanın aktiv dəstəyi ilə Xankəndiyə ermənilərin yenidən qayıtması məsələsini gündəmə gətirməyə çalışsa da, ciddi beynəlxalq dəstək ala bilmədi. Ermənistan tərəfi bu uğursuz gedişlərin perspektivsiz olduğunu anlayanda çox gec olacaq. Zaxarovanın sərgilədiyi mövqe həm də Rusiyanın rəsmi mövqeyidir. 10 noyabr sazişindən sonra Putin Administrasiyası yalnız beynəlxalq hüquqa söykənən bəyanatlar verir. Rusiya hakimiyyətinin bu mövqeyi əlbəttə ki, bizə sevgidən irəli gəlmir. Dünyada baş verən proseslər və Azərbaycanın Türkiyə, Böyük Britaniya, İsrail və bir şox Avropa ölkələri ilə ikitərəfli münasibətləri regionda güclənməyimizə səbəb oldu. Hazırda Qərbdən müəyyən təzyiqlərlə üzləşirik. Bu təzyiqlərlə mübarizə aparmaq üçün demokratiya və insan haqları sahəsinə daha çox diqqət ayırmalıyıq. Siyasi partiyalarla konstruktiv əməkdaşlıq olmalıdır. Ölkədə 5-10 sosial bazası olan partiyalarla əməkdaşlıq çox vacibdir. Partiyaların dövlətin həm daxili, həm də xarici siyasətdə öhdəlikləri olmalıdır. Ciddi idarəetmə və seçki islahatı aparılmalı, Azərbaycan parlamentli idarəetmə sisteminə keçməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol