
"Binokl diplomatiyası" heç nəyi həll etmir
23:43 17.10.2024
Siyasət
345
Azərbaycanın çağırışını Ermənistanın dövlət ağlı məqbul saymalıdır
Avropa İttifaqının Ermənistanda yerləşdirilmiş "müşahidə missiyası" ilə bağlı narazılıq yenidən gündəmdədir. Məlumdur ki, ötən günlərdə Aİ missiyası və erməni hərbçilər şərti sərhədlərdən Azərbaycanı binoklla müşahidə ediblər. Prezident İlham Əliyev bunu "binokl diplomatiyası" adlandırıb və qəbuledilməz olduğunu deyib. Qeyd edək ki, müşahidəçilər Ermənistana 2023-cü ildə 2 il müddətinə gəliblər, onların səlahiyyət müddəti 2025-ci ilin fevralında başa çatır. Əgər Ermənistan tərəfi müddətin uzadılması üçün ərizə təqdim etməsə, missiya başa çatacaq. "Hraparak" nəşri iddia edib ki, İrəvan missiyanın müddəti ilə bağlı Bakının təklifini qəbul etmək niyyətindədir. Nəşr bildirib ki, Azərbaycan müdafiə nazirinin birinci müavini, general-polkovnik Kərim Vəliyev şərti sərhədin Ermənistan ərazisində Avropa İttifaqının müşahidəçi missiyasının yerləşdirilməsi, habelə regiondan kənar bəzi ölkələrin, xüsusilə Fransanın Ermənistanı silahlandırmasının orada revanşist qüvvələrin baş qaldırmasına, Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsinə səbəb olduğunu xüsusi vurğulayıb.
Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a deyib ki, Ermənistan daha ağıllı davranıb Avropa İttifaqının xüsusi missiyasından elə indidən imtina etməlidir. Ekspert vurğulayıb ki, çünki missiyanın varlığı Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşmasına əlavə əngəl törədir:

"Azərbaycan dövləti və onun rəhbəri açıq şəkildə bəyan edir ki, biz Ermənistanla vasitəçilərsiz, birbaşa təmasların tərəfdarıyıq. Bütün məsələləri öz aramızda müzakirə və həll edə bilərik. Bunun üçün Azərbaycan iradə nümayiş etdirib, çağırışlar edib, açıq bəyanatlar verib. Belə bir durum var ikən Ermənistan üçüncü tərəfi öz ərazisində niyə saxlamalıdır? Niyə üçüncü tərəf təkidlə Ermənistan ərazisində "binokl diplomatiyası" ilə məşğul olmalıdır, bunun faydası nədir? Tutaq ki, şərti sərhədlərdə qarşıdurma oldu, atışma baş verdi, nə olacaq axı? Missiya gəlib bizə silah tuşlamayacaq ki. Onlar müşahidəçidirlər. Yəni onların orada mövcudluğu heç nəyi həll etmir. Sadəcə, bəzi Avropa ölkələrinin iyrənc təbliğatına xidmət göstərməkdən başqa bir şey deyil. Ona görə də Ermənistana çağırış edirik ki, müşahidəçilərdən imtina etsinlər".
A.Həsrət vurğulayıb ki, Bakı münasibətləri normallaşdırmaq istəyir: "Üçüncü tərəflər, bu tip müşahidəçilər də münasibətlərin düzəlməsini əngəlləyir. O baxımdan düşünürəm ki, Azərbaycanın çağırışını Ermənistanın dövlət ağlı məqbul saymalıdır. Onsuz da Azərbaycanın itirəcəyi, qorxacağı, çəkinəcəyi heç nə yoxdur. Sadəcə istəyirik ki, münaqişə tam olaraq və tezliklə aradan qalxsın, Ermənistanla münasibətlər normallaşsın. Yəqin ki, Ermənistanda da bunu istəyənlər var. Amma kənar qüvvələrin bölgəyə gətirilməsi bu problemin qalmasına xidmət edir. Ermənistan ağıllı davranaraq missiyanın müddətini uzatmamalıdır. Bunun bənzərini Azərbaycan sərgilədir. Qarabağdakı sülhməramlıları vaxtından əvvəl yola saldıq. Çox mədəni şəkildə bunu etdik, heç kim incimədi, narahat və narazı olmadı. Sülhməramlıların gedişindən sonra da bölgədə heç bir mənfi hadisə yaşanmadı".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol