“Gündə 8 saat yuxu” mifinin sonu - Bu qədər yatmaq kifayətdir...
01:12 24.10.2025
Sağlamlıq
496
Uzun illər sağlam həyatın əsas qaydası kimi göstərilən "gündə 8 saat yatmaq" tövsiyəsi artıq elm insanlarına görə keçərli deyil. Yeni araşdırmalar hər kəs üçün sabit bir yuxu müddətinin olmadığını, əsas vacib məqamın yuxunun keyfiyyəti və bədənin bərpası olduğunu göstərir.
Milli.Az xəbər verir ki, mütəxəssislərə görə, böyüklər üçün ideal yuxu müddəti 7-9 saat arasında dəyişir. Xüsusilə orta yaş və yuxarı yaş qruplarında 7 saatlıq müntəzəm yuxu, həm zehni, həm də fiziki sağlamlıq üçün ən balanslı nəticələr verir.
Harvard və Cambridge universitetlərinin ortaq tədqiqatları göstərib ki, "8 saatlıq qayda" fərdi xüsusiyyətləri nəzərə almır. Mütəxəssislər bildirirlər ki, yuxunun keyfiyyəti, bioloji ritm və həyat tərzi, yuxunun uzunluğundan daha çox rol oynayır.
Yuxu çatışmazlığı nəticəsində immun sistem zəifləyir, stress artır, çəki nəzarəti çətinləşir və ürək xəstəlikləri riski yüksəlir.
Mütəxəssislər keyfiyyətli yuxu üçün əsas qaydaları belə sadalayır:
Bioloji saatı sabit saxlamaq (hətta həftəsonları da eyni vaxtda yatmaq və oyanmaq).
Telefon, planşet və televizor kimi cihazların mavi işığından uzaq durmaq.
Kofeinli içkilər və ağır yeməkləri yatmazdan 3-4 saat əvvəl qəbul etməmək.
Otağın temperaturunu 18-20°C arasında saxlamaq - çox isti mühit yuxuya getməyi çətinləşdirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
800 illik qəsr 1 avroya satılır
09:19 09.11.2026
Dünya
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm