XİN: İran üçün Cənubi Qafqazda təhlükəsizlik vacibdir

İran üçün Cənubi Qafqazda təhlükəsizlik vacibdir.

APA "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bugünkü mətbuat konfransında deyib.

Sözçü İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın ötən həftə Azərbaycan və Ermənistana səfəri ilə bağlı suala cavab olaraq qeyd edib ki, Ə.Əhmədianın Bakı və İrəvana səfəri əvvəlcədən planlaşdırılaraq həyata keçirilib.

"İran həm Azərbaycan, həm də Ermənistanla əlaqələri mühüm hesab edir. Cənubi Qafqazda təhlükəsizlik bizim üçün vacibdir və biz bu mühüm regionda təhlükəsizliyi gücləndirmək üçün bütün imkanlardan istifadə edəcəyik. Təhlükəsizlik xarici müdaxilədən uzaq, region ölkələri tərəfindən təmin edilməlidir", - rəsmi vurğulayıb.