FHN Daşkəsəndəki ağır yol qəzası ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Daşkəsəndəki ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirlikdən "Report"a bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Daşkəsən rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ural” markalı yanacaq daşıyan avtomobil dərəyə aşıb, 2 nəfər köməksiz vəziyyətdə qalıb.

"Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində sıxılmış vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib", - məlumatda qeyd olunub.