
Təhsili məktəblərə qaytarmalıyıq: Repetitorluq təhsilimizə böyük problem yaradır
Yusif Nəzərli
06:59 12.02.2025
Elm və Təhsil
746
Dövlətin xərclədiyi pul boşuna gedir, əlavə olaraq övladları ali məktəbə hazırlaşan valideynlər əziyyət çəkirlər
“Repetitorluğun birdən-birə ləğvi mümkün deyil”. Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib. O qeyd edib ki, müəllimlərin məktəb daxilində dərsdən sonra repetitorluqla məşğul olması doğru deyil. Nazir bildirib ki, dəbə görə də repetitor yanına gedənlər var. Öz sinfində dərs dediyi uşağa dərsdən sonra da repetitorluq etmək ayıbdır. Repetitorluğun ləğvi birdən-birə aparıla bilməz, mərhələli şəkildə ləğv ediləcək”.
Maraqlıdır, repetitorluq tədricən ləğv olunsa, bəs yerinə nə qoyulacaq? Məktəblər nə qədər hazırdır? Müəllimlər dərs yükü, şagird sayı, proqramın ağırlığı ilə repetitorluq olmadan eyni nəticəni təmin edə biləcəkmi?
Bu barədə “Sherg.az"a danışan millət vəkili Ceyhun Məmmədov hesab edir ki, məsələyə rasional yanaşmalıyıq. Repetitorluğu təhsilə paralel təhsil kimi dəyərləndirən deputat qeyd edib ki, təhsili məktəbə qaytarmalıyıq:

“Dövlət büdcəsindən uşaqların təhsilinə, məktəb vəsaitlərinə milyonlarla maliyyə ayrılır. Məktəbdən kənarda isə elə bir biznes şəbəkəsi yaradılıb ki, valideynlər boğazlarından kəsərək əldə etdikləri gəlirlərinin böyük bir qismini repetitor yanına hazırlığa gedən övladlarına xərcləyirlər.
Bu məsələni qaldıranda deyirlər ki, dünyanın hər yerində repetitorluq var. Hər yerdə repetitorluq bu dərəcədə deyil. Ölkəmizdə də bu problem bu qədər geniş yayılmamalıdır. Biz təhsili məktəblərə qaytarmalıyıq. Repetitorluq təhsilimizə böyük problem yaradır və gözdən salır. Onun ləğvi insanlarda narahatlıq yaratmamalıdır ki, necə olacaq?
Dövlətin xərclədiyi pul boşuna gedir, əlavə olaraq övladları ali məktəbə hazırlaşan valideynlər əziyyət çəkirlər. Təəssüf ki, bunun həlli ilə bağlı heç bir addım atılmır. Bu məsələni həll etməli və təhsili məktəbə qaytarmalıyıq. Azərbaycan təhsili evlərdədir, repetitorlardadır.
Uşaqların məktəbdə keçdiyi dərsləri təkrar müəllim yanına gedərək oxuyurlar. Məktəbdə keçilən riyaziyyatı mənimsəyə bilməyən uşaq 200 manatlıq repetitor yanına gedəndə alim olur? Uşaqda qabiliyyət varsa, deməli, məktəbdə tədris edilən dərsləri də mənimsəyə bilər. Repetitor yanına getmək, az qala, ölkədə bir prestij məsələsinə çevrilib. Uşaqlarımız məktəbdə oxumağı özlərinə yaraşdırmır. Hesab edirlər ki, repetitor yanına gedəndə daha hörmətli olurlar”.
Nazirin repetitorlarla bağlı sərt mövqeyini dəstəkləyən deputat qeyd edib ki, vətəndaşlarımız bir neçə milyard pul xərcləyirlər ki, övladları repetitor yanına getsin, orada əlavə bilik alsın. Məktəblərin də bir hissəsi buna şərait yaradır:
“Repetitorluğun sahibkarlıq fəaliyyəti kimi tanınması və bu işlə məşğul olan şəxslərin vergi ödəyicisi kimi tanınması təkliflərini də məqsədəuyğun hesab etmirəm. Onsuz da bu istiqamətdə fəaliyyət göstərən kurslar, tədris mərkəzləri var. Repetitorluğun sahibkarlıq fəaliyyəti kimi tanınması gələcəkdə bizim üçün əlavə problemlər yarada bilər. Bu, təhsilin məktəbdən tamamilə uzaqlaşmasına, repetitorluğun daha da genişlənməsinə yol aça bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Prezidenti: İndi ABŞ-la müharibəyə son qoymağın vaxtıdır
16:24 21.08.2026
Region
Qırğızıstanda sənədsiz malların idxalına görə cərimələr artırılıb
15:39 21.08.2026
Dünya
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı