"Sağlam Ailə modeli-güclü gələcəyə zəmanədir" layihəsi çərçivəsində təlim keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Qadın təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım" İB-nin icra etdiyi "Sağlam Ailə modeli-güclü gələcəyə zəmanədir" layihəsi çərçivəsində təlim keçirilib.

QHT.az xəbyun ayının 16-da Sumqayıt şəhəri Corat qəsəbəsində 12 ailə üçün sağlam Ailə modeli - Güclü Cəmiyyət İnamınızdır layihəsi çərçivəsində təlim keçirilmişdir. Mövzu Ailədə sağlam mühitin yaradılması üçün nə etməliyik.

​Təlimin əsasən hissəsi qrupa aid edilən adamlar və onların övladları həmçinin valideyn himayəsindən məhrum uşaqlar cəlb olunmuşdur.

​Təlim zamanı nisbətən yaşlı nəslin nümayəndələri ailələrdə baş verən deqradasiya problemlərindən, ailələrin dağılma səbəblərindən, gənc ailələrin zərərli vərdişlərə meyli olmasından, sosial problemlərin, sevgisizliyin, hörmətsizliyin, məsuliyyət hissinin olmamasını əsas götürərək, geniş məlumat vermişlər.

Təlim zamanı iştirakçılara ailə daxilində ünsiyyətin əhəmiyyəti, aktiv dinləmə bacarıqları, emosiyaların düzgün ifadə olunması, “Mən dili” texnikası, empatiyanın rolu, eləcə də konfliktlərin sülh yolu ilə həlli mexanizmləri barədə ətraflı məlumat verilib.

​Sessiya çərçivəsində iştirakçılar ailədaxili münasibətlərdə ən çox rast gəlinən ünsiyyət problemlərini müzakirə edib, real həyat nümunələri əsasında qrup işlərində və rol oyunlarında iştirak ediblər. Təlim zamanı sağlam ünsiyyətin ailə üzvləri arasında qarşılıqlı hörmətin, etimadın və emosional yaxınlığın formalaşmasında mühüm rol oynadığı vurğulanıb.