27 Sentyabr Anım Gününün 6-cı ildönümü münasibətilə Xocalı rayonunun Ballıca kəndində ağacəkmə aksiyası keçirilib.
Teleqraf-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı Ballıca kəndinin ərazisində simvolik olaraq 44 ağac əkilib.
Aksiyada Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhramanov, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktoru Telman Kərimli, şəhid ailələri, müharibə veteranları və yerli ictimaiyyətin üzvləri iştirak ediblər.