Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək

Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək.
Sherg.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti daşınmaz abidələrin pasportlaşdırılması qaydalarını və pasportun nümunəvi formasını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.