Donald Tramp bildirib ki, İranla razılaşma yalnız ABŞ və müttəfiqləri üçün uyğun şərtlərlə mümkün olacaq. O vurğulayıb ki, Vaşinqton tələsmir, amma Tehran üçün vaxt daralır və vəziyyət daha da pisləşə bilər.
Sherg.az xəbər verir ki, Tramp həmçinin İranın atəşkəs dövründə yenidən silahlanmış ola biləcəyini deyib və Hürmüz boğazına tam nəzarət etdiklərini iddia edib.
İran tərəfi isə ABŞ-nin dəniz blokadasını “müharibə səbəbi” adlandırır və şərtlər dəyişmədən tam atəşkəsin mümkün olmadığını bildirir.