Ağdamın Xıdırlı kəndinə 30 milyon manat ayrıldı
Yusif Nəzərli
16:27 23.01.2025
Qarabağ
949
Ağdam rayonunun Xıdırlı kəndində bərpa və yenidənqurma işləri sürətlə davam etdirilməkdədir. Bu işlər çərçivəsində kəndin elektrik və su xətləri, qaz təchizatı, eləcə də kanalizasiya şəbəkəsi yenidən inşa olunub.
Sherg.az Trend-ə istinadən xəbər verir ki, bu işlərin davamı olaraq kəndin sahədaxili mühəndis kommunikasiyaları sistemləri (su, kanalizasiya və qaz xətləri), daxili yol və səkilərin tikinti-quraşdırma işləri növbəti dəfə yaxşılaşdırılacaq.
Belə ki, artıq bununla bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində müvafiq işlərə yekun vurulub.
Qurum kənddə sözügedən işlərin icrasını "Körpü-Bina-Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 29,9 milyon manat ödənilib.
Qeyd edək ki, Xıdırlı kəndində sözügedən işlərin icrasının həvalə olunduğu "Körpü-Bina-Tikinti" MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 min manat olan MMC-nin qanuni təmsilçisi Xaliq Avdil oğlu Göyüşovdur.
Xatırladaq ki, Xıdırlı kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsindən sonra kənd Azərbaycana geri qaytarılıb.
Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5093 nəfərin məskunlaşdırılması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 418 hektardır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi