"Atam, axırıncı dəfə səni 80 gün bundan qabaq son dəfə qucaqladım" - Gülnarə Mirzəyeva
12:56 23.08.2020
Qarabağ
1522
"41 gün qabaq da son dəfə eşitdim səsini, mənə "Anam" dediyini..."
“Sözlərim acizdir. Mən bu cümlələrdə boğuluram...”.
“Sherg.az”ın məlumatına görə, bu sözləri Tovuz döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş polkovnik İlqar Mirzəyevin qızı Gülnarə Mirzəyeva şəxsi feysbuk səhifəsində yazıb. Şəhid qızı atası barədə daha aonra bunları qeyd edib:
"Atam, hər şeyim, artıq 40 gündür ki, yoxsan. Özüm də bilmirəm necə dözürəm buna... Yoxluğuna... Uşaq vaxtlarımda həmişə qorxardım sizlərdən birini itirməyə, deyərdim ki, yaşaya bilmərəm. Amma insan çox qəribədir, ata, yanıb kül olsa da, yaşayırmış, bunu öyrəndim. Hər zaman ad günündə gecə saat 12-ni gözləyərdim ki, birinci mən təbrik edim səni, amma indi bu sözləri yazıram... İnanmağım gəlmir... Hər gün səndən zəng gələrdi bizə, yığışardıq telefon başına, qulaq asardıq, günün necə keçdi, görərdim o gözəl nurlu üzünü. İndi evin hər yerində sən varsan. Atam, hər yer sənin xatirəndir. Ancaq heç narahat olma, Atam. Sən necə dağ kimi möhkəm idinsə, sənin övladların və həyat yoldaşın da bir o qədər möhkəmdir. Axırıncı dəfə səni 80 gün bundan qabaq son dəfə qucaqladım, 41 gün qabaq da son dəfə eşitdim səsini, mənə "Anam" dediyini... Bu rəqəmlər artmağa davam edəcək... ta ki, səni yenidən görənə, eşidənə, hiss edənə qədər.
Ruhun şad olsun, Şəhid Atam... Dünyam mənim..."
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kobaxidze: Ermənistan Bakı-Tbilisi-Qars dəmir yoluna qoşula bilər
18:00 02.06.2026
Gündəm
Madyar: Mənim dövrümdə Ukraynaya silah verilməyəcək
17:17 02.06.2026
Gündəm
Sudan lideri Prezident İlham Əliyevə təbrik ünvanlayıb
17:12 02.06.2026
Gündəm
Avropa İttifaqı Ermənistana 2,2 milyon avro verəcək
16:53 02.06.2026
Gündəm
ABŞ Dövlət katibinin köməkçisi Şəhidlər xiyabanını ziyarət edib
16:39 02.06.2026
Gündəm
Gürcüstan Baş naziri: Azərbaycanla tarixi uğura imza atdıq
16:12 02.06.2026
Cənubi Qafqaz
NATO: Artıq ABŞ-dən asılı deyilik
15:57 02.06.2026
Dünya
Minimum əmək haqqı 1 həftəyə ancaq çatar -RƏY
15:50 02.06.2026
Sosial
Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb
15:37 02.06.2026
Cənubi Qafqaz