Avropa İttifaqı Qarabağda... ! - “Aləm cənnətə dönəcək”
Fidan Həmişəyeva
11:59 21.12.2020
Qarabağ
982
“Aİ-nin üzvü və Azərbaycana dost olan ölkələrin nümayəndələrinin Qarabağdakı layihələrdə iştirakı yaxşı haldır”
Bu günlərdə -dekabrın 18-də Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 17-ci iclası keçirilib. İclasda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Aİ isə xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
İclasda tərəflər Əməkdaşlıq Şurasının son iclasından etibarən Aİ və Azərbaycan arasındakı əməkdaşlıq münasibətləri və bu xüsusda əldə olunmuş nailiyyətlər ətrafında fikir mübadiləsi aparıblar. C.Bayramov regiondakı son vəziyyət barədə qarşı tərəfə ətraflı məlumat verib. C.Borel hazırda bölgədə ehtiyacı olan insanlara humanitar yardımın göstərilməsinin vacibliyini və bu xüsusda Aİ-nin yardım göstərməyə hazırlığını qeyd edib. Münaqişə sonrası bərpa və yenidənqurma mərhələsində aidiyyəti üzrə Aİ-nin də iştirakı mümkünlüyü vurğulanıb. İclas zamanı tərəflər, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Millət vəkili Asim Mollazadə “Sherg.az”a açıqlamasında Avropa İttifaqının Qarabağda bərpa və yenidənqurma işlərində iştirakının müsbət hal olduğunu deyib. Parlament üzvü xatırladıb ki, cənab Prezident bütün dost ölkələri Qarabağda həyata keçirilən böyük layihələrdə iştiraka dəvət edib:
“Düşünürəm ki, Avropa İttifaqı Azərbaycanın tərəfaşıdır. Əlbəttə, bir neçə ölkəni istisna edirik. Çünki Aİ-yə üzv olan bəzi ölkələr öz parlamentlərində qeyri-qanuni qərarlar qəbul ediblər.
Fikrimcə, Aİ-nin üzvü və Azərbaycana dost olan ölkələrin nümayəndələrinin Qarabağdakı layihələrdə iştirakı yaxşı haldır.
Bu proses tezliklə Azərbaycana Qarabağı cənnətə çevirməyə şərait yaradacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi