Azad edilmiş ərazilərdə Əlaqələndirmə Qərargahının üzvlərinin sayı artıb
Yusif Nəzərli
14:05 16.12.2024
Qarabağ
1122
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvlərinin sayı artıb.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının tərkibinə edilən dəyişiklikdə əksini tapıb.
Aşağıdakılar Əlaqələndirmə Qərargahının yeni üzvləri olublar:
- Elçin Yusubov – Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
- Vahid Hacıyev – Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov – Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Bəşir Hacıyev – Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi.
Fərid Qayıbov – Azərbaycan Respublikasının gənclər və idman naziri
Fuad Nağıyev – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Zaur Mikayılov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri
Saleh Məmmədov – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri.
Sabiq ədliyyə naziri Fikrət Məmmədov və sabiq kənd təsərrüfatı naziri İnam Kərimovun adı siyahıdan çıxarılıb, ədliyyə naziri Fərid Əhmədov və kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu siyahıya əlavə olunub.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol