
Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə atəş açmayıb - Hərbi ekspert
Yusif Nəzərli
12:32 24.04.2025
Qarabağ
726
Biz bunu dəfələrlə müharibə dövründə belə döyüş əməliyyatlarının intensiv getdiyi ərazilərdə fəaliyyətimizlə sübut etmişik
Aprelin 23-də saat 22:20 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açılması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır və həqiqəti əks etdirmir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. "Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən mülki əhali və obyektlər istiqamətində heç vaxt atəş açılmır. Qarşı tərəf bu cür məqsədyönlü dezinformasiya və yalan məlumatlar yaymaqla öz təxribatlarını ört-basdır etməyə, eləcə də beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa çalışır".

Hərbi ekspert Ədalət Verdiyev Sherg.az-a söyləyib ki, ötən ayın ortalarından başlayaraq Ermənistan tərəfi intensiv şəkildə atəşkəsi pozur:
“Eyni zamanda atəşkəsin pozulmasıyla bağlı Azərbaycanın verdiyi məlumatları təkzib edirdi. İndi isə həmin təkziblərə əlavə olaraq Azərbaycanın guya mülku əhali və obyektlər istiqamətində atəş açdığını söyləyirlər. Ermənistan tərəfinin heç bir əsası olmayan və Azərbaycan Ordusunu, hərbiçilərimizi günahlandırması sağlam məmtiqdən kənardır. Ermənistan belə dezinformasiya yaymaqla müharibədən əvvəl və sonrakı dövrdə mülki əhaliyə atəş açdıqlarını ört-basdır etməklə özlərini təmizə çıxarırlar. Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə və obyektlərə qarşı atəş açmayıb. Biz bunu dəfələrlə müharibə dövründə belə döyüş əməliyyatlarının intensiv getdiyi ərazilərdə fəaliyyətimizlə sübut etmişik. Belə absurd məsələdə Ermənistanın Azərbaycanı günahlandırması onların davamlı olaraq apardığı dezinformasiya xarakterli fəaliyyətlərinin göstəricisidir. Ermənistan tərəfi belə təxribatlara davam edərsə, Azərbaycan daha təsirli addımlar ata bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kir Starmer istefa verəcəyini açıqlayacaq
12:39 17.05.2026
Dünya
Sağlam ürək üçün 8 ƏSAS TƏDBİR
12:35 17.05.2026
Sağlamlıq
Meloni səfərini yarımçıq qoyub təcili İtaliyaya qayıtdı
12:29 17.05.2026
Hadisə
Mixail Zabelin vətəndaşların problemləri ilə maraqlanıb
12:04 17.05.2026
Aktual
Arı zəhəri süd vəzi xərçəngini məhv edir - Yeni elmi iddia
11:47 17.05.2026
Sağlamlıq
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
11:30 17.05.2026
Gündəm
Türk xalqları bu gün yenidən öz tarixi missiyasına qayıdır - ŞƏRH
10:57 17.05.2026
Gündəm
Tam 27 ton: Yeni dinozavr növü aşkar edilib
10:55 17.05.2026
Tarix
İrandan Hörmüz boğazı ilə bağlı yeni mexanizm
10:49 17.05.2026
Dünya
Qorxulu icad - Düşüncələri mətnə çevirəm papaq
10:35 17.05.2026
Sağlamlıq
Artıq uşaqlara DÜZ OTUR deməyəcəksiniz
10:27 17.05.2026
Sağlamlıq
WUF13 üzrə yekun sənəd BMT Baş Assambleyasına təqdim ediləcək
10:15 17.05.2026
Gündəm
Zimbabvenin Vitse-prezidenti Azərbaycana səfərə gəlib
10:05 17.05.2026
Gündəm
Biz Ukrayna üçün çox iş görmüşük - Çinin xarici işlər naziri
09:52 17.05.2026
Dünya