Azərbaycan öz torpaqlarını qaytarmaq üçün müharibəyə başlamalıdır
13:59 06.09.2020
Qarabağ
2188
“Ermənistan dövlətinin cinayətkar rəhbərliyi tərəfindən idarə olunan oyuncaq və qondarma “Dağlıq Qarabağ Respublikası”na rəhbər təyin edilmiş şəxslər tərəfindən səsləndirilən müharibə anonsları davam etməkdədir.
Əslində həm Ermənistan rəhbərliyi, həm də həmin saxta vəzifəlilər özlərinin fəaliyyətləri və davranışları ilə konfliktin həlli ilə bağlı Azərbaycan üçün müharibədən savayı digər seçim qoymadıqlarını yaxşı anlayırlar. Bunun nəticəsi idi ki, Azərbaycan Prezidenti son çıxışlarının birində haqlı olaraq bununla bağlı dövlətimizin rəsmi mövqeyini ortaya qoymaqla yanaşı, ATƏT-in Minsk qrupunu da fəaliyyətsizlikdə ittiham etdi. Bundan sonra təxribat planlarında müəyyən dəyişikliklər edən işğalçı tərəf Tovuz hadisələrini törətdi”.
Bu sözləri “Sherg.az”a açıqlamasında politoloq Xəyal Bəşirov deyib. Politoloq bildirib ki, Tovuz təxribatının cavabını misli ilə alan düşmən həm bundan, həm də cəbhə bölgəsində keçirilən döyüşə bərabər hərbi təlimlərdən ciddi qorxuya düşüb:
“Təbii ki, bu gün Azərbaycanın öz ərazilərini qaytarmaqla bağlı haqqı olan müharibəyə başlamalıdır. Amma bu məsələdə erməni tərəfinin önə keçməyə cəhd etməsi Ermənistan əhalisini aldatmağa yönəlmiş növbəti təhlükəli addımıdır. Çünki artıq sosial medianın idarə etdiyi dünya informasiya platformalarında hamı kimi Ermənistan vətəndaşları da bütün reallıqları bilir. Bu səbəbdən də vətəndaşlarının övladlarını müharibəyə göndərməkdən imtina edəcəyindən qorxan Paşinyan hakimiyyəti qondarma respublikanın rəhbərliyinə belə bir göstəriş verib. Düşünürəm ki, bu qarşı tərəfin həm öz əhalisini, həm də beynəlxalq ictimaiyyəti aldatmağa hesablanmış növbəti imitasiya xarakterli addımıdır. Qondarma respublikanın saxta rəhbəri olan Arutunyanın və əvvəlki müdafiə naziri olan Mnatsakanyanın bu cür qeyri ciddi bəyanatları əvvəllər də olub. Gəncənin və yaxud Azərbaycanın başqa şəhərlərinin vurulması ilə bağlı əsassız və arqumentsiz fikirlər siyasi pafosdan başqa bir şey deyil. Ən təəsüf doğurucu məqamlardan biri isə, beynəlxalq ictimaiyyətin və təşkilatların işğalçı dövlətin bu cür bəyanatlarına və müharibəyə təhrik etməklə bağlı qanunsuz addımlarına təpkisiz və etinasız yanaşmaları ilə bağlıdır. Düşünürəm ki, hazırki ağır pandemiya dövründə bütün dünya faşist ideologiyası və “Nijdeçilik” nəzəriyyəsi ilə idarə olunan Ermənistanın bu cür qanunsuz addımlarını pisləməlidir. Azərbaycan tərəfinə gəldikdə isə həmişə bizimlə təkbətək qarşılaşmadan qaçan Ermənistana hər bir halda gücümüzü göstərməli və əzələ nümayiş etdirməliyik. Həmişə güc və əzələ qarşısında əyilən Ermənistan tərəfi yalnız bundan sonra danışıqlar masasında özünü qaydalara uyğun aparmaq məcburiyyətində qalacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm