"Azərbaycan öz torpaqlarını yalnız hərbi yolla azad etməlidir” - Akif Nağı
12:42 23.08.2020
Qarabağ
1155
Bu gün Cəbrayıl və Füzuli rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 27 il ötür. Təcavüzkar Ermənistanın əzəli torpağımız olan Dağlıq Qarabağdan əlavə 7 ətraf rayonu işğal etməsi, onun əsl məqsədinin güc yolu ilə ərazilərimizi ilhaq etmək olduğunu göstərir.
Mövzu ilə əlaqədar fikirlərini “Şərq”ə bölüşən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib ki, illərlə hansısa dəyişikliklərin baş verəcəyinə və sülh yolu ilə Qarabağ məsələsinin həll ediləcəyinə böyük ümidlər var idi:
“Bu səbəbdən də Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirdi və hərbi əməliyyatlara əl atmadı. Amma bu illər ərzində Ermənistan öz barışmaz mövqeyində qaldı və məkrli siyasətini davam etdirdi. İllərlə dözülən səbr və təcrübə onu göstərir ki, Azərbaycan öz torpaqlarını yalnız hərbi yolla azad etməlidir”.
A.Nağı sosial şəbəkələrdə informasiya müharibəsində gənclərimizin fəallıq nümayiş etdirdiklərini də diqqət çəkib:
“Sevindirci haldır ki, artıq bir çox gənclərimiz müxtəlif xarici dil biliklərinə sahibdirlər. Onlar bütün həqiqətləri və xüsusən də, Ermənistanın əsl simasını xarici dillər vasitəsilə paylaşımlar edərək, sosial şəbəkələrdə yayımlayırlar. Bu onu göstərir ki, gənclərimiz müharibə üçün yüksək əhval ruhiyyədədirlər. Azərbaycan üçün daha bir təsəlliverici amil ondan ibarətdir ki, son illərdə hərbi büdcəmiz Ermənistanın büdcəsindən bir neçə dəfə çox artıb. Bundan istifadə edərək növbəti addımlar atılmalı və torpaqlarımız yalnız müharibə yolu ilə işğaldan azad olunmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya