Bir raket zərbəsi yetər ! - ...Qarabağda tikinti dayandırılsın
Məlahət Rzayeva
23:34 17.09.2020
Qarabağ
1434
Əhəd Məmmədli: "Kimsə mənim sözümü qəddarlıq, qeyri-humanistlik kimi yozmasın. Məsələ vətənsə, yeri gəldikcə qəddar olmalıyıq"
İşğal olunmuş ərazilərimizdə erməni separatçılarının tikintilər aparmasını əks etdirən fotolar sosial şəbəkələrdə yayılır. Şuşada, Laçında, Xankəndində tikilən yaşayış evləri, salınan körpülər, “məskunlaşma” adı altında erməni hiyləgərliyinin nümunəsidir. Biz nə etməliyik? Fotolara baxıb nə qədər və nəvaxtadək köks ötürəcəyik? Mənfur, nankor qonşularımızı dayandırmağın yolu yoxmu? Beynəlxalq təşkilatlar həqiqətin səsinə qulaqlarını çoxdan qapayıb. Torpaqlarımıza həyasızcasına sahiblənən ermənilərlə hansı tərzdə cavab verməliyik?
AG Partiya sədrinin müavini Əhəd Məmmədli “Şərq”ə açıqlamasında sosial şəbəkələrdə yayılan fotolara ürək ağrısı ilə baxdığını dedi:
- O fotolar ağrıdır adamı. İnanmıram ki, damarında türk qanı axan birisi, qarabağlı oldu-olmadı fərq etmir, vətənini, torpağını, dövlətini sevən Azərbaycan vətəndaşı o fotolara biganə qala bilsin. Mənim də çox xoşuma gəlmir belə fotoların paylaşılmağı. Amma bunun müsbət tərəfi odur ki, cəmiyyətdə etiraz formalaşır, xalq işğal faktını unutmadığını, torpaq itkisi ilə barışmadığını göstərir və işğala son qoyulmasını tələb edir. Digər tərəfdən bilirəm ki, bu, ermənilərin çirkin təbliğat vasitəsidir. Bu, ucuz təbliğat şousudur. Paşinyan hökuməti siyasi-sosial sahədə heç nəyə nail ola bilməyib, ona görə də belə ucuz şoulara sığınmaq məcburiyyətindədi. Dağlıq Qarabağda ümumilikdə 100 min əhali ola, ya olmaya. Deyirlər, Livandan Qarabağa erməni ailələri köçürülür. Bu da ucuz təbliğat vasitəsidir. Livanda 5-6 faiz erməni yaşayır. Həm də paytaxtın ən mərkəzi, abad hissələrində. Erməni öz mənfəətini düşünəndi, yaxşı, rahat yaşayışını qoyub niyə işğal altındakı ərazilərə köçsün?!
Qarabağa yerləşdirilən ancaq bəzi hərbiçi ailələrə ola bilər. Muzdlu silahlılar. Ermənistan rəhbərliyi çalışır ki, Qarabağda məskunlaşma aparsın. Ağdərə, Laçın, Kəlbəcər ərazilərində. Amma kimi gətirsin? Ermənilər özləri Ermənistanı “ermənisiz Ermənistan” adlandırır. Bu işdə xaricdəki erməni lobbisi fəallıq göstərir. Amma istədikləri şəkildə nail ola bilmirlər. Çünki ermənilər yaxşı şəraitlərini qoyub Qarabağa köçmək istəmir. Erməniləri Qarabağda məskunlaşdırırlarsa, niyə Soçidən başlamırlar, bilirik ki, Soçidə nə qədər erməni ailəsi yaşayır. Belə vətənpərvərdilərsə, Soçi kimi kurort şəhəri, öz mənfəətlərini tərk edib gəlsinlər Qarabağa. Gəlmirlər. Ermənistan hökuməti yalnız bəzi münaqişə ocaqlarından erməniləri Qarabağa gətirə bilər. Bu da heç vaxt böyük köç olmayacaq. Bütün bu reallıqlar, əlbəttə, bizə arxayınlıq verməməlidir.
Bu tikintilərə, az olsa belə məskunlaşmaya Azərbaycan sərt reaksiya verməlidir. Yadınızdadı, ermənilər Xocalı aeroportunu işə salmaq istəyəndə Azərbaycan nota vermişdi ki, qalxan təyyarələr vurulacaq. O zaman ermənilər əməlli-başlı qorxuya düşdülər də aeroportun açılışını xeyli ləngitdilər. Amma sonra heç bir hərəkət olmadığını gördülər və açılış etdilər, indi də təyyarələr uçur. Bu tikintilərlə bağlı da hesab edirəm ki, biz sərt mövqe tutmalıyıq. Bunun cavabı bircə dənə raket zərbəsidir. Kimsə mənim sözümü qəddarlıq, qeyri-humanistlik kimi yozmasın.
Məsələ vətənsə, yeri gəldikcə qəddar olmalıyıq. Bir raket zərnəsi yetər ki, ermənilər qorxuya düşsün və tikinti işlərini dayandırsın. İndi müasir texniki imkanlar nöqtə zərbələri endirməyə imkan verir.
O asma körpü var ha, ona bir dənə raket atılıb, yerlə-yeksan edilsə, ermənilərin ağlı başına gələr. Yəni məsələni bir raket həll edə bilər. Yoxsa ki, çağırışlar, bəyanatlar dövrü keçib artıq. Heç kim onları dinləmir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya
Naxçıvanda Ombudsman təsisatı ləğv edilib
17:35 10.04.2026
Cəmiyyət